Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1394/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1390   1391   1392   1393   1394   1395   1396   1397   ...   1820
3. Müqavilənin dəyişdirilməsinin və  

ləğv edilməsinin nəticələri 

Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üzrə hərəkətlər hüquqi faktdır. Bu fakt nəticəsində müqavilə 

üzrə tərəflərin hüquq və vəzifələri dəyişir və ya onlara xitam verilir. Deməli, müqavilənin dəyişdirilməsi və ya 

ləğv edilməsi nəticəsində müəyyən hüquqi nəticə əmələ gəlir. 

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin birinji hüquqi nəticəsi ondan ibarətdir ki, müqavilə-

dən əmələ gələn öhdəlik dəyişir və ya ləğv edilir. Müqavilə dəyişdikdə, həmin müqavilədən yaranan öhdəli-



yin məzmunu da dəyişir. Özü də öhdəliyin məzmunu tamamilə yox, qismən dəyişir, yəni müqavilədə edilən 


 

445


dəyişikliyə  uyğun  gəlir.  Başqa  sözlə  desək,  müqavilədə  edilən  dəyişiklik  hissəsində  həmin  müqavilədən  irəli 

gələn öhdəliyin məzmunu dəyişir. Lakin bu halda öhdəlik saxlanılır. O, yalnız dəyişdirilmiş şəkildə mövcud ol-

maqda  davam  edir.  Deməli,  müqavilə  dəyişdirilərkən  tərəflərin  öhdəlikləri  dəyişdirilmiş  şəkildə  saxlanılır 

(MM-in 424-cü maddəsinin 1-ji bəndi). Məsələn, mal göndərmə müqaviləsinə görə, alıcıya birinji növ mal ve-

rilməsi nəzərdə tutulur. Müqavilə icra olunmamış tərəflər razılığa gəlirlər ki, alıcıya birinji növ yox, ikinci növ 

mal göndərilsin, yəni müqavilə dəyişdirilsin. Bu halda müqavilənin yalnız bir şərti, yəni növ haqqında şərti də-

yişilir. Onun digər şərtləri (çeşid, say, tara, qablaşdırma və s.) isə əvvəlki kimi saxlanılır, yəni dəyişilmir. Buna 

uyğun olaraq, növ haqqında şərtdən başqa, tərəflərin digər öhdəlikləri olduğu kimi saxlanılır, dəyişmir. 

Müqavilənin  ləğv  edilməsinə  gəldikdə  isə  göstərmək  lazımdır  ki,  bununla  tərəflərin  öhdəliklərinə  xitam 

verilir (MM-in 424-cü maddəsinin 2-ji bəndi). Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan 

hüquqdan məhrum olurlar və həvalə edilmiş vəzifəni daşımaqdan azad edilirlər. Məsələn, tikinti təşkilatı (pod-

ratçı) ilə bağ evi tikmək barədə sahibkar (sifarişçi) arasında podrat müqaviləsi bağlanır. Tərəflərin razılığı ilə 

podrat müqaviləsi ləğv edilir. Bu isə tərəflərin bağ evi tikmək, tikilən evin pulunu ödəmək və s. öhdəliklərinə 

xitam verilməsinə səbəb olur.  

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin ikinci hüquqi nəticəsi ondan ibarətdir ki, müqavilə-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1390   1391   1392   1393   1394   1395   1396   1397   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin