(məhkəməyə qədər) proseduru adlanır. Qanun bu proseduru müəyyənləşdirməklə tərəflərə imkan verir ki,
onlar müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üzrə öz aralarında yaranmış ixtilafı məhkəmənin iştirakı
olmadan özləri qaydaya salsınlar və artıq xərclərə (məsələn, məhkəmə xərclərinə, vəkillər üçün, hüquqi yardım
üçün çəkilən xərclərə və s.), yersiz narahatçılığa yol verməsinlər. Həmin prosedurun mahiyyəti də bundan iba-
rətdir.
Məhkəmədənkənar prosedura görə maraqlı tərəf məhkəmə icraatına kimi kontragentə (müqavilə üzrə müqa-
bil tərəfə) müqaviləni dəyişdirmək və ya ləğv etmək barədə təklif verir. Bu təklifin hansı – şifahi və yazılı for-
mada verilməsini qanun nəzərdə tutmur. Biz elə hesab edirik ki, yazılı forma nisbətən üstünlüyə malikdir. Ona
görə ki, yazılı formalı müraciət maraqlı tərəfin qarşı tərəfə təklif etməsini sübut edir. Bunun isə məhkəmə tərə-
findən iddianın qəbul edilməsində əhəmiyyəti vardır.
Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə maraqlı tərəfin təklifini alan kontragent mümkün
olan üç alternativ variantdan birini seçir:
●
birinjisi, maraqlı tərəfin təklifini qəbul edir və onunla razılaşır;
●
ikincisi, maraqlı tərəfin irəli sürdüyü təkliflə razılaşmır və ondan imtina edir;
●
üçüncüsü, maraqlı tərəfin verdiyi təklifə münasibətini bildirmir, susur, yəni təklifdə göstərilmiş müddətdə,
müddət göstərilmədikdə isə otuz gün müddətində maraqlı tərəf javab vermir.
Birinji halda maraqlı tərəf məhkəməyə müraciət etmir. Ona görə ki, kontragent maraqlı tərəfin müqavilənin
dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tələbini ödəyir. Beləliklə də, məhkəməyə iddia verilməsinə ehtiyac
qalmır.
kinci və ya üçüncü hallarda isə ixtilaf və mübahisə həll edilmədiyinə görə maraqlı tərəf iddia ilə məhkəmə-
yə müraciət edir. Məhkəmə tələb edir ki, maraqlı tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə
kontragentə təklif verməsini təsdiqləyən sübutlar təqdim etsin. Maraqlı tərəf təklif barədə yazılı bildirişin, teleq-
ramın və digər yazışma növlərinin surətini məhkəməyə təqdim edə bilər. Axı, məhkəmədənkənar prosedur
məcburi xarakter daşıyır. Əgər bu prosedurdan istifadə olunmazsa, məhkəmə maraqlı şəxsin verdiyi iddiaya
baxmır və geri qaytarır. Yalnız iddiaçı (maraqlı tərəf) tərəfindən javabdehlə ixtilafı nizamlamaq üçün onun təd-
birlər görməsini təsdiqləyən sübutlar təqdim edildikdə, məhkəmə maraqlı tərəfin iddiasını qəbul edə və mahiy-
yətjə ona baxa bilər.
Dostları ilə paylaş: |