Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1388/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1384   1385   1386   1387   1388   1389   1390   1391   ...   1820
hissə-hissə icrasından imtina edilməsi adlanır (MM-in 421-ji maddəsinin 3-cü bəndi). Özü də dərhal qeyd et-

məliyik ki, belə imtinaya qanun və ya tərəflərin razılaşması ilə yol verildikdə, müqavilə ləğv edilə və ya dəyiş-

dirilə bilər. Əgər qanunda və  ya müqavilədə (tərəflərin razılaşmasında) imtina haqqında qayda nəzərdə tutul-

mazsa,  müqavilənin  göstərilən  əsasla  (üsulla)  dəyişdirilməsindən  və  ləğv  edilməsindən  söhbət  gedə  bilməz. 

MM-də bəzi müqavilə növləri üçün birtərəfli imtina qaydasında müqavilənin ləğv edilməsi nəzərdə tutulmuş-

dur:  tapşırıq  müqaviləsinin  hər  bir  iştirakçısı  istənilən  vaxt  müqavilədən  birtərəfli  qaydada  imtina  edə  bilər 

(MM-in 786-jı maddəsinin 1-ji bəndi); ticarət agenti haqqında müqavilənin hər bir iştirakçısı bəzi hallarda istə-

nilən  vaxt  birtərəfli  qaydada  müqavilədən  imtina  edə  bilər  (MM-in  795-ji  maddəsinin  1-ji  bəndi);  komissiya 

müqaviləsinin hər hansı iştirakçısı istənilən vaxt müqavilədən birtərəfli qaydada imtina edə bilər (MM-in 821-ji 

maddəsinin  2-ji  bəndi);  hədiyyə  verən  bağışlama  müqaviləsindən  birtərəfli  qaydada  imtina  edə  bilər  (MM-in 

673-cü maddəsi); əvəzsiz istifadə müqaviləsi üzrə kirayəyə verən müqavilədən birtərəfli qaydada imtina edə bi-

lər (MM-in 737-ji maddəsi); borc verən bəzi hallarda borc müqaviləsindən birtərəfli qaydada imtina edə bilər 

(MM-in 743-cü maddəsi); bank hesabı müqaviləsi müştərinin tələbi ilə birtərəfli qaydada ləğv edilə bilər (MM-

in 969-cu maddəsinin 1-ji bəndi); mal göndərmə müqaviləsi mühüm dərəjədə pozulduqda tərəflərdən hər biri 

müqavilənin  birtərəfli  dəyişdirilməsini  və  ya  onun  icrasından  birtərəfli  imtina  olunmasını  tələb  edə  bilərdi 

(MM-in qüvvədən düşmüş 644-cü maddəsi). 

Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin üçüncü üsulunun mahiyyəti ondan ibarətdir ki, tərəflər 

müqavilə və ya qanunla onlara verilmiş hüququ gerçəkləşdirərək, müqavilədən birtərəfli qaydada heç bir dəlil, 

motiv,  arqument  gətirmədən  imtina  edirlər.  Müqavilədən  imtina  müqavilənin  icrasından  imtina  etməyi  ifadə 

edir. Müqavilənin icrasından imtina isə iki cür olur: müqavilənin tamamilə icrasından birtərəfli imtina; müqavi-

lənin hissə-hissə (qismən) icrasından birtərəfli imtina. Müqavilənin tamamilə icrasından imtina dedikdə, elə 

bir hüquqi fakt başa düşülür ki, bunun əsasında müqavilə ləğv edilir. Müqavilənin qismən icrasından imtina 

dedikdə, müqavilənin ləğv edilməsinə yox, anjaq onun dəyişdirilməsinə əsas olan hüquqi fakt başa düşülür. Be-

ləliklə, birinji hal (tamamilə icradan imtina) müqavilənin ləğv edilməsinə, ikinci hal (qismən icradan imtina) isə 

müqavilənin dəyişdirilməsinə səbəb olur. 

Yeri  gəlmişkən,  müqavilənin  icrasından  birtərəfli  imtina  hüququnu  müqaviləni  ləğv  etmək  haqqında  tələb 

hüququndan  fərqləndirmək  lazımdır.  Belə  ki,  müqavilənin  icrasından  birtərəfli  imtina  məhkəməyə  müraciət 

olunmadan həyata keçirilir. O, imtina faktının özünün yerinə yetirilməsi ilə müqavilənin dəyişdirilməsinə və ya 

ləğv olunmasına səbəb olur.  

Şə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1384   1385   1386   1387   1388   1389   1390   1391   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin