Qüvvədə olan mülki qanunvericilik, qeyd etdik ki, müqavilə şərtlərinin məcburiliyi və icra edilməsi prinsipi-
ni (pacta sunt servanda) təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin nail
441
olduqları, razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə bağlandığı
andan qüvvəyə minir, tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtlərinin dəyişdirilməsi istisna edilir.
Bu prinsipin qüvvəyə malik olması mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
Bununla belə, müqavilə hüququnda müqavilə azadlığı kimi fundamental prinsipdən də istifadə olunur. Bu
prinsipə görə, subyektlər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə müstəqildirlər. Bu
prinsip həm də belə bir halda təzahür edir ki, müqavilənin qüvvədə olma müddəti ərzində tərəflər öz istək və
mülahizələri ilə qanuna uyğun olaraq müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. Bunu nəzərə alaraq, mülki
qanunvericilik müqavilənin qüvvədə olma müddəti ərzində onun dəyişdirilməsi və ləğv edilməsinin mümkünlü-
yü haqqında qayda müəyyən edir (MM-in 421-424-cü maddələri). Bu qaydaya görə, qanunda nəzərdə tutulan
hüquqi faktlar mövcud olduqda, bağlanmış müqavilələr dəyişdirilir və ya xitam edilir. Həmin hüquqi faktlara
Dostları ilə paylaş: