Müqavilənin ləğv edilməsi dedikdə, onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin
ləğv edilməsi həmişə onun vaxtından əvvəl xitam olunmasına səbəb olur.
Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları (üsulları) qanunvericiliklə müəyyən edilir. Bu əsasların
(üsulların) dairəsi bir o qədər də geniş və əhatəli deyil. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin ən
bvşlıca əsası (üsulu) tərəflərin sazişindən və razılaşmasından ibarətdir (MM-in 421-ji maddəsinin 1-ji bən-
di). Məsələn, şəhərdəki yaşayış evinin mülkiyyətçisi ilə tələbə arasında 3 il müddətinə evin kirayəyə verilməsi
müqaviləsi bağlanır. Müqavilənin müddəti qurtarmamış tərəflər razılığa gəlirlər ki, müqavilə ləğv edilsin və ya
onun müddəti iki il müəyyənləşdirilsin. Lakin tərəflərin razılığı ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi-
nin mümkünlüyü qanunla və ya müqavilə ilə məhdudlaşdırıla bilər, yəni qanunda və ya müqavilədə bunun üçün
başqa qayda müəyyən edilə bilər. Məsələn, qanun müəyyən edir ki, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilə
üzrə üçüncü şəxsin müqavilə əsasında öz hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər
bağladıqları müqaviləni üçüncü şəxsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər (MM-in 403-cü
maddəsinin 5-ji bəndi). Məsələn, səxavətli kommersant öz qonşusunun (üçüncü şəxsin) adına banka əmanət qo-
yur və bankla depozit (bank əmanəti) müqaviləsi bağlayır. Qonşu əmanətçi hüququndan istifadə etmək niyyəti-
ni bildirir (MM-in 952-ji maddəsinin 2-ji bəndi). Bu andan kommersant və bankın ixtiyarı çatmır ki, həmin mü-
qaviləni üçüncü şəxsin (qonşunun) razılığı olmadan dəyişdirsin və ya ləğv etsin. Bu, yalnız üçüncü şəxs razılıq
verdikdə mümkün ola bilər.
Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin ikinci əsası (üsulu) tərəflərdən birinin tələbindən iba-
rətdir (MM-in 421-ji maddəsinin 2-ji bəndi). Bu üsul müqavilənin tərəflərdən birinin tələbi əsasında dəyişdiril-
məsini və ya ləğv edilməsini nəzərdə tutur. Qanunvericilik göstərilən qaydada müqavilənin dəyişdirilməsinin və
ləğv edilməsinin iki halını nəzərdə tutur:
●
tərəflərdən birinin müqaviləni mühüm (əhəmiyyətli) dərəjədə pozması nəticəsində müqavilənin dəyişdiril-
məsi və ya ləğv edilməsi (MM-in 421-ji maddəsinin 2-ji bəndi);
●
qanunda və ya müqavilədə nəzərdə tutulan hallar əsasında müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi
(MM-in 421-ji maddəsinin 2-ji bəndi).
Birinji halda müqaviləni bağlayan tərəflərdən biri müqaviləni mühüm dərəjədə pozur. Mühüm (əhəmiyyət-
Dostları ilə paylaş: |