müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsasları (üsulları) deyilir. Beləliklə, mülki qanunvericilik
göstərilən qaydanı müəyyənləşdirməklə bir tərəfdən müqavilə azadlığı prinsipinin təzahür formalarını genişlən-
dirir, digər tərəfdən müqavilənin məcburiliyi və icra edilməsi prinsipini məhdudlaşdırır.
Müqavilənin dəyişdirilməsi dedikdə, müqavilənin bütövlükdə hüquqi qüvvəsini saxlamaqla onun bu və ya
digər şərtinin, habelə müqavilə öhdəliyinin icrası ilə bağlı olan şərtin əvvəlki şərtlərə nisbətən yenidən formulə
edilməsi başa düşülür. Müqaviləyə əlavələr edilməsi, onda dəqiqləşdirmələr aparılması və s. də müqavilənin də-
yişdirilməsini ifadə edir. Müqavilənin dəyişdirilməsi nəticəsində onun əvvəlki məzmunu, əsasən, dəyişmir. Mə-
sələn, tərəflərin razılığı ilə müqavilənin qiyməti dəyişdikdə, onun əvvəlki məzmunu, əsasən, saxlanır.
Dostları ilə paylaş: |