Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1389/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1385   1386   1387   1388   1389   1390   1391   1392   ...   1820
raitin  mühüm  (əhəmiyyətli)  dərəjədə  dəyişməsi  müqavilənin  dəyişdirilməsinin  və  ləğv  edilməsinin 

dördüncü əsasıdır (MM-in 422-ji maddəsi). Tərəflər, bir qayda olaraq, müqavilə öhdəliklərini yerinə yetirməyə 

borcludurlar. Müqavilənin icrası onlar üçün məcburidir. Lakin müqavilə bağlanarkən tərəflərin əsas kimi götür-

dükləri şərait mühüm dərəjədə dəyişə bilər. Axı, yaşadığımız həyat qabaqjadan müəyyən edilməsi, habelə gö-

rünməsi mümkün olmayan qeyri-adi, təsadüfi, mənfi nəticələrə gətirib çıxaran hadisə və hallarla doludur. Bu 

cür həyati hallara təbii fəlakəti, hərbi əməliyyatları, səlahiyyətli dövlət hakimiyyəti orqanlarının aktlarını, bağ-

lanmış müqavilənin icrasının əvvəljə nəzərdə tutulduğundan və müəyyənləşdirildiyindən daha çox xərclər tələb 

etməsini, inflyasiyanı və s. misal göstərmək olar. Şübhəsiz ki, mövcud olan həmin faktlar müqavilə iştirakçıları-

na onların öz müqavilə öhdəliklərini tamamilə və qismən icra etmələrinə imkan vermir. Bu faktların obyektiv 

olaraq  təsir  göstərməsi  nəticəsində  şərait  mühüm  (əhəmiyyətli)  dərəjədə  dəyişir.  Bu  isə,  öz  növbəsində,  artıq 

müqavilə bağlayan tərəflərin əmlak (maddi) mənafeyinin tarazlığını və balansını pozur. Bu cür hal müqavilənin 

dəyişdirilməsini və ya ləğv edilməsini zərurətə çevirir. Ona görə də şəraitin dəyişməsi nəticəsində özünün mə-

nafe balansı pozulan tərəf bağlanmış müqavilənin həmin şəraitə uyğunlaşdırılmasını, yəni dəyişdirilməsini və 

ya ləğv edilməsini qarşı tərəfdən tələb edir. Özü də şəraitin yalnız mühüm dərəjədə dəyişməsi həmin tərəfə bu 

cür hüquq verir. Şəraitin dəyişməsini mühüm dərəjədə dəyişmə hesab etmək üçün iki əlamətdən birinin olması 

tələb olunur: 

 bu cür dəyişməni tərəflər əvvəljədən görə bilsəydilər, müqaviləni, ümumiyyətlə, bağlamazdılar; 



 bu cür dəyişməni tərəflər əvvəljədən görə bilsəydilər, müqaviləni mühüm və xeyli dərəjədə fərqlənən şərt-




 

443


lərlə bağlayardılar. 

Göstərilən hallardan biri olduqda, tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə dəyişdirilir və ya ləğv edilir. 

Ə

gər tərəflər razılığa gəlməsələr, maraqlı tərəf məhkəməyə müraciət edir. Məhkəmə müqavilənin ləğv edilməsi 



barədə qərar qəbul edir. Məhkəmənin bu cür qərar çıxarması üçün, yəni maraqlı şəxsin tələbini və iddiasını tə-

min etmək üçün dörd şərtin olması vacibdir: 

 birinjisi, müqavilə bağlanarkən tərəflər ümid və güman etmişlər ki, şərait bu cür dəyişməyəjəkdir



 ikincisi, şəraitin dəyişməsini doğuran səbəbləri maraqlı tərəfin özündən asılı olan bütün zəruri tədbirləri 

görməsinə baxmayaraq, aradan qaldıra bilməməsi, yəni şəraitin dəyişməsini əmələ gətirən səbəblərin qar-

ş

ısının alınmasında maraqlı tərəfin təqsirinin olmaması;  



 üçüncüsü, müqavilənin əvvəlki şərtlərlə, yəni onun şərtlərini dəyişdirmədən icra edilməsi tərəflərin müqa-

viləyə uyğun əmlak mənafeləri nisbətini pozması və maraqlı tərəfə zərər vurmasının güman edilmə-

si, habelə zərərin vurulması ilə maraqlı tərəfin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli 

dərəjədə məhrum olmasının ehtimal edilməsi; 

 dördüncüsü, şəraitin dəyişməsi risqinə görə maraqlı tərəfin məsuliyyət daşımaması (bu, işgüzar adətlər-



dən və ya müqavilənin mahiyyətindən irəli gəlir). 

Bu  dörd  şərt  eyni  vaxtda  və  bütövlükdə  məjmu halında  məhkəmənin  müqavilənin  ləğv  edilməsi haqqında 

qərar qəbul etməsinə əsas verir. Məhkəmə şəraitin mühüm dərəjədə dəyişməsi əsasında müqavilənin dəyişdiril-

məsi haqqında qərar da çıxara bilər. Bunun üçün yuxarıda göstərilən məjmu halında dörd şərtdən savayı, həm 

də əlavə şərtlərdən birinin olması vacibdir: 

 müqavilənin ləğvinin ictimai mənafelərə zidd olması



 müqavilənin ləğvinin tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri 

olan xərclərdən çox zərər vura bilməsi

Birinji  halda  ictimai  mənafe  əsas  götürülür.  Məsələn,  məktəb  tikintisi  və  ya  xəstəxananın  tikintisi  üzrə 

podrat müqaviləsini, şübhəsiz ki, məhkəmə ləğv edə bilməz. Bu, ictimai mənafeyə ziddir. O, yalnız həmin 

müqavilənin dəyişdirilməsi haqqında qərar qəbul edə bilər.  kinci halda isə hər iki tərəfin əmlak mənafeyi 

ə

sas götürülür, yəni müqavilənin ləğv edilməsi onların maddi mənafeyinə zərər vurur. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1385   1386   1387   1388   1389   1390   1391   1392   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin