qavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə tərəflər saziş bağladıqları andan öhdəlik də dəyişir və
ya ləğv edilir.
Müqavilə məhkəmə yolu (üsulu) ilə dəyişildiyi və ya ləğv edildiyi hallarda məhkəmə qərarının qanuni
qüvvəyə mindiyi andan öhdəlik dəyişdirilmiş və ya ləğv edilmiş hesab edilir. Bu qərarın məzmunu müqavi-
lənin dəyişdirilməsini və ya ləğv edilməsini nəzərdə tutur. O, qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdi-
rilir və ya ləğv edilir.
Tərəflərin sazişi və məhkəmə üsulu ilə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən öhdəliklərin dəyişdiril-
məsi və ya ləğv edilməsi anının müəyyənləşdirilməsi haqqında qayda dispozitiv xarakterə malikdir. Belə ki, tə-
rəflərin sazişindən və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gələ bilər (MM-in 424-cü mad-
dəsinin 3-cü bəndi).
Yeri gəlmişkən, bir məsələyə də toxunmağı lazım bilirik. Artıq icra olunmuş müqaviləni dəyişmək və ya
Dostları ilə paylaş: |