2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası
Qüvvədə olan qanunvericilik müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında qayda müəyyən edir
(MM-in 423-cü maddəsi). Bu qayda əsasında müqavilələrin qüvvədə olma müddəti ərzində onların dəyişdiril-
məsi və ya ləğv edilməsi ilə əlaqədar əmələ gələn münasibətlər tənzimlənir.
Mülki qanunvericiliyin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi barədə müəyyənləşdirdiyi qayda müqa-
vilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarından (üsullarından) asılıdır:
●
tərəflərin razılığı və sazişi ilə müqavilə dəyişdirilərkən və xitam olunarkən tətbiq edilən qayda (birinji qay-
da);
●
məhkəmə yolu ilə müqavilə dəyişdirilərkən və ləğv olunarkən tətbiq edilən qayda (ikinci qayda);
●
birtərəfli imtina qaydasında müqavilə dəyişdirilərkən və ləğv edilərkən tətbiq edilən qayda (üçüncü qay-
da).
Dostları ilə paylaş: |