Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1381/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1377   1378   1379   1380   1381   1382   1383   1384   ...   1820
məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Məsələn, əşya açıq hərrajda hər-

rajı udmuş şəxsə satılır. Onun əvvəljə verdiyi beh məbləği  əşya üçün satış puluna daxil edilir,  yəni əgər beh 

məbləği 2 min manatdan, əşyanın satış pulu 20 min-dən ibarət olarsa, onda hərrajı udan şəxs 18 min (20 min - 2 

min) manat ödəyəjəkdir. 

Hərraj keçirilməsinin nəticələri protokolla rəsmiləşdirilir. Protokol hərraj keçirilməsi yolu ilə müqavilənin 

bağlanmasını ifadə edir. Ona görə ki, həmin sənəd müqavilə qüvvəsinə malikdir (MM-in 415-ji maddəsinin 5-ji 

bəndi). Protokolu hərrajı udmuş şəxs və hərrajın təşkilatçısı imzalayırlar. Müqavilə qüvvəsinə malik olan həmin 

sənəd hərrajın — auksionun və ya müsabiqənin keçirildiyi gün tərtib edilir. Beləliklə, hərraj təşkilatçısı ilə hərrajı 

udan şəxs arasında bağlanan müqavilə hərrajın nəticələri haqqında protokolla rəsmiləşdirilir. 

Protokolu imzalamaq hər iki tərəfin vəzifəsidir. Bu vəzifəni yerinə yetirməmək onlar üçün arzuolunmaz və 

xoşagəlməz nəticələrə səbəb olur. Belə ki, əgər hərrajı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, 

verdiyi beh məbləği ona qaytarılmır. O, behi itirir. Əgər protokolu imzalamaqdan hərraj təşkilatçısı boyun qa-

çırarsa, o, hərrajı udan şəxsə behi ikiqat məbləğdə qaytarır. Bununla belə, hərraj təşkilatçısının protokolu im-

zalamaq vəzifəsini yerinə yetirməməsi mülki-hüquqi məsuliyyətə səbəb olur. O, hərrajda iştirak etmək nəticə-

sində dəyən zərərin əvəzini ödəyir (MM-in 415-ji maddəsinin 5-ji bəndi). 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1377   1378   1379   1380   1381   1382   1383   1384   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin