Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1375/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1371   1372   1373   1374   1375   1376   1377   1378   ...   1820
Müqavilənin qüvvədə olma müddəti tərəflərin sazişi və razılığı ilə müəyyən edilir. Bu müddət konkret təq-

vim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və s. hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müqavilə 

həm də qeyri-müəyyən müddətə bağlana bilər. Tərəflər müqavilədə nəzərdə tuta bilərlər ki, o, qeyri-müəyyən 

müddətə bağlanır. Ticarət agenti, tapşırıq, icarə, kirayə, əvəzsiz istifadə, borc və digər müqavilələr müddətsiz 

(yəni qeyri-müəyyən müddətə) bağlana bilər. 

Müqavilənin hüquqi qüvvəyə minməsi tərəflər üçün hüquq və vəzifələr yaradırsa, müqavilənin qüvvədə olma 

müddətinin başa çatması isə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Tərəflərin müqavilə üzrə 

öhdəlikləri müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə yalnız o halda ləğv edilə bilər ki, bu, tərəflərin 

razılığı ilə müqavilədə nəzərdə tutulsun. Lakin bu cür razılıq müqavilədə nəzərdə tutulmaya da bilər. Belə halda 

müqavilənin qüvvədə olma müddətinin bitməsi və qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin avtomatik 

olaraq ləğv edilməsinə səbəb olmur. Belə ki, müqavilədən irəli gələn hər hansı bir vəzifə (öhdəlik) lazımınja icra 

edilməsə, müvafiq tərəf müqavilənin qüvvədə olma müddətinin başa çatmasına baxmayaraq, həmin vəzifəni icra 

etməyə  borcludur.  Məsələn,  elə  hesab  edək  ki,  yaşayış  evinin  tikintisi  üzrə  podrat  müqaviləsi  bir  il  müddətinə 

bağlanmışdır. Bir il tamam olan kimi podrat müqaviləsinin qüvvədə olma müddəti başa çatır. Lakin podratçı mü-

qavilə qüvvədə olma müddətinin başa çatmasına baxmayaraq, yaşayış evini tikib qurtarmır. Belə halda, podratçı 

evi tikib sifarişçiyə təhvil vermək vəzifəsini daşıyır. O, bu vəzifəni yerinə yetirənə kimi podrat müqaviləsi qüvvə-

də olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə 

olur (MM-in 399-cu maddəsinin 3-cü bəndi). 

Ümumi qayda belədir ki, tərəflər müqavilənin qüvvədə olma müddəti bitənədək müqavilə üzrə öhdəliklərini 

lazımınja icra edirlər. Belə halda öhdəliyin lazımınja icra edilməsi anı ilə müqavilənin qüvvədə olma müddəti-

nin başa çatması məqamı bir-birinə uyğun gəlib üst-üstə düşür. Göstərilən vəziyyətdə müqavilənin qüvvədə ol-

ma müddətinin başa çatması avtomatik olaraq müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verir (şübhəsiz ki, 

hər hansı bir şərtdən asılı olmayaraq). 

Nəhayət, müqavilənin qüvvədə olma müddətinin başa çatması avtomatik olaraq həmin müqavilədən irəli gə-

lən öhdəliklərin pozulmasına görə tərəfləri məsuliyyətdən azad etmir. Özü də dərhal qeyd etməliyik ki, tərəflər 

müqavilənin  qüvvədə  olma  müddəti  bitənədək  yol  verdikləri  pozuntulara  görə  məsuliyyət  daşıyırlar  (MM-in 

399-cu  maddəsinin  4-cü  bəndi).  Məsələn,  mal  göndərmə  müqaviləsi  üzrə  mal  göndərən  (satıcı)  müqavilənin 

qüvvədə olma müddətinin qurtarmasından sonra da satılmış malların qüsurlarına görə alıcılar qarşısında məsu-

liyyət daşıyır. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1371   1372   1373   1374   1375   1376   1377   1378   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin