Ümumi mülkiyyətin növlərindən biri olan birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin razılığı
ilə satılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan ümumi əmlak yalnız onların qarşılıqlı razılığı əsa-
sında alqı-satqı müqaviləsinin predmeti ola bilər. Əgər ər-arvadın birinin razılığı olmadan ümumi əmlak satılar-
sa, onda alqı-satqı müqaviləsi onun bağlanmasına razı olmayan ərin (arvadın) tələbi ilə məhkəmə tərəfindən eti-
barsız hesab oluna bilər (AM-in 33-cü maddəsinin 3-cü bəndi).
Ə
jnəbilər və vətəndaşlığı olmayan şəxslər alqı-satqı münasibətlərində Azərbayjan Respublikasının vətən-
daşları ilə bərabər qaydada (milli recim prinsipi əsasında) iştirak edirlər. Bəzi hallarda isə qanunla onların al-
qı-satqı müqaviləsində iştirakı məhdudlaşdırıla bilər. Məsələn, əjnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbayjan Respublikasında su obyektlərini satın almaq ixtiyarı yoxdur (Su Məjəlləsinin 14-cü maddəsinin 2-ci
bəndi).
Dostları ilə paylaş: |