xslərin hüquq qabiliyyətinin həcmi ilə; əmlak üzərində onların malik olduqları əşya hüququnun xarakteri
ilə.
Xüsusi (məhdud) hüquq qabiliyyətli qeyri-kommersiya təşkilatlarının mülki dövriyyədə alqı-satqı münasi-
bətlərində ümumi (universal) qabiliyyətli kommersiya təşkilatlarına nisbətən iştirakı məhdud xarakter daşıyır.
Onlar geniş spektrdə alqı-satqı müqaviləsi bağlamaq imkanına malik deyil. Universal hüquq qabiliyyətli kom-
mersiya hüquqi şəxslərinin isə öz mülkiyyətində olan əmlakı barəsində qanunla qadağan edilməyən istənilən al-
qı-satqı hərəkətlərini və əməliyyatlarını həyata keçirmək hüququ vardır.
Hüquqi şəxslərin alqı-satqı münasibətlərində çıxış etmələri onların əmlak üzərində malik olduqları əşya hü-
ququnun xarakterindən asılı olaraq məhdudlaşa bilər. Belə ki, əmlak hüquqi şəxsin xüsusi mülkiyyətində olma-
sından savayı, həm də onun operativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində ola bilər. Əmlakı ope-
rativ idarəsində və tam təsərrüfatçılıq səlahiyyətində olan hüquqi şəxs həmin əmlak üzərində mülkiyyət hüqu-
quna yox, məhdud əşya hüququna malikdir. Dövlət müəssisəsi bu cür hüquqi şəxslərə aiddir. Dövlətin vəkil et-
diyi dövlət orqanları tərəfindən yaradılan həmin müəssisənin əmlakı Azərbayjan Respublikasının dövlət mül-
kiyyətidir. Dövlət müəssisəsi ona təhkim edilmiş (operativ idarə etmə hüququ və tam təsərrüfatçılıq səlahiyyət-
ləri əsasında) əmlak üzərində mülkiyyətçinin (dövlətin) müəyyən etdiyi qaydada və hüdudlarda sərənjam ver-
mək səlahiyyətlərini həyata keçirir. Başqa sözlə desək, bu cür hüquqi şəxslərin həmin əmlakı mülkiyyətçi
Dostları ilə paylaş: |