lakçı vətəndaşlardan və sahibkar statuslu şəxslərdən ibarət olan alqı-satqı müqaviləsində (məsələn, pəra-
kəndə alqı-satqı, enerci təjhizatı müqavilələrində) tərəf kimi iştirak etməsi istisna edilir. Əsas missiyası ümu-
mi insanlıq mülahizələrindən ibarət olan dövlətin fəaliyyətində əsas yeri, K.Marksın dili ilə desək, cəmiyyətin
təbiətindən irəli gələn ümumi işlərin idarə edilməsi tutur. Dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının
və azadlıqlarının təmin edilməsidir (Konstitusiyanın 12-ci maddəsinin I hissəsi). Ona görə də cəmiyyətdə siyasi
hakimiyyət təşkilatı olan dövlət mülki hüquq münasibətlərində, o cümlədən bu münasibətlərin bir növü olan öh-
dəlik hüquq münasibətlərində (məsələn, alqı-satqı münasibətlərində) iştirak etmək üçün yaradılmamışdır. Bu-
nunla bərabər, dövlət qarşısına qoyduğu məqsədə nail olmaq üçün mülki öhdəlik hüquq münasibətlərində, o
cümlədən alqı-satqı münasibətlərində çıxış edə bilər. Lakin dövlətin əsas fəaliyyətinə münasibətdə onun mülki
hüquq münasibətlərində iştirakı xüsusi, yardımçı, məqsədli və nəhayət, məcburi xarakter daşıyır.
Dövlətin alqı-satqı münasibətlərində iştirakına dövlət ehtiyajları üçün mal tədarükü müqaviləsini misal
göstərmək olar. Belə ki, müəssisə Azərbayjan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qay-
dada müqavilə əsasında dövlət ehtiyajları üçün mal tədarük edə bilər. Sahibkar dövlət ehtiyajları üçün müqavilə
ə
sasında məhsul göndərmək hüququna malikdir («Sahibkarlıq fəaliyyəti haqqında» AR Qanununun 6-jı maddə-
sinin 7-ci bəndi). Bu müqavilədə dövlətin sifarişçi (alıcı) kimi çıxış etməsi onun alqı-satqı münasibətlərində iş-
tirak etməsinin nisbətən tipik halıdır. Tədarük müqaviləsində tərəf rolunda dövlətin özü yox, onun adından və
Dostları ilə paylaş: |