Patent hüququnun güzəşti formasında patent hüquqları verilə bilər. Patent hüququnun güzəşti dedikdə pa-
tent sahibinin ona məxsus olan hüquqlarını başqasına verməsi başa düşülür. Patent hüququnun güzəşti ilə patent
hüquqlarının özgəninkiləşdirilməsinin mülki-hüquqi vasitələri müxtəlifdir. Ən geniş yayılmış vasitə alqı-satqı
müqaviləsidir. Alqı-satqı müqaviləsi əsasında patent hüquqları güzəşt edilir və bununla patentin yeni sahibi sə-
naye mülkiyyəti obyektindən (ixtiralardan, faydalı modellərdən, sənaye nümunələrindən) istifadə üçün müstəs-
na hüquqlar əldə edir. Lakin ixtiranı, faydalı modeli, sənaye nümunəsini yaradıjı əməyi ilə yaradan müəllifin
müəlliflik hüququ (yəni ixtiranın, faydalı modelin, sənaye nümunəsinin müəllifi kimi tanınmaq hüququ) özgə-
ninkiləşdirilməyən şəxsi hüquqdur. Deməli, müəllifin şəxsi qeyri-əmlak hüquqlarından olan müəlliflik hü-
Dostları ilə paylaş: |