lir və ya nizama salınır. Qanunla nəzərdə tutulmuş hallarda AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdiri-
lən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir (MM-in 398.1-ci maddəsi).
Dövlət tərəfindən qiymətləri (tarifləri) tənzimlənən obyektlərə misal olaraq elektrik və istilik enercisini göstər-
mək olar. «Elektroenergetika haqqında» AR Qanununun 10-cu maddəsinə görə elektrik və istilik enercisinin is-
tehsalçıdan satın alınma qiyməti, topdan satış qiyməti və pərakəndə satış (istehlakçılara satılan) qiyməti dövlət
tərəfindən tənzimlənir.
Elə hallar olur ki, alqı-satqı müqaviləsində qiymət barədə tərəflərin razılığı ifadə edilmir. Qiyməti müqavilə
şə
rtlərinə əsasən müəyyənləşdirmək də mümkün olmur. Lakin qiymətin müqavilədə göstərilməməsi alıcını əş-
yanın qiymətini ödəmək vəzifəsindən azad etmir. Belə hallarda satılan əşyanın qiyməti MM-in 398.3-cü mad-
dəsində nəzərdə tutulan qaydada müəyyən edilir. Belə ki, satılan həmin əşyaya onunla müqayisəyə gələ bilən,
Dostları ilə paylaş: |