satqının predmeti ola bilər. Nəyə görə bu obyektlərin özü alqı-satqının predmeti ola bilməz? Ona görə ki, əqli
ə
məyin nəticələri, əqli yaradıjılıq fəaliyyətinin məhsulları olan əsərlər, ixtiralar və digər nemətlər elmi-texniki
ideyalardan və ədəbi-bədii obrazlardan ibarət olub, qeyri-maddi (ideal) xarakterə malikdir. Onları fiziki cəhət-
dən əllə toxunmaqla hiss etmək olmaz. Lakin bu qeyri-maddi nemətlər hər hansı maddi daşıyıcıda (obyektdə)
ifadə olunduqda əmtəə forması alır və alqı-satqı müqaviləsinin predmeti olur. Məsələn, yazıçının qeyri-maddi
xarakterə malik və ədəbi-bədii obrazlardan ibarət olan əsəri maddi daşıyıcıda (məsələn, kitab halında) ifadə olu-
narsa, onun nüsxələri alqı-satqı müqaviləsinin predmeti kimi çıxış edir. Müəllifin əsərin nüsxələrini satmağa
müstəsna hüququ vardır («Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» AR Qanununun 15-ci maddəsinin
2-ci bəndi).
Bununla bərabər, qeyd etmək lazımdır ki, müəllifin şəxsi qeyri-əmlak hüquqları (əsərin müəllifi kimi ta-
nınmaq hüququ, əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız istifadə etmək hüququ, habelə şöhrətinə hörmət edil-
məsi hüququ) bölünməz və özgəninkiləşdirilməz olub alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Müəl-
lifin əmlak hüquqlarının başqasına verildiyi hallarda bu cür hüquqlar müəllifdə qalır («Müəlliflik hüququ və
ə
laqəli hüquqlar haqqında» AR Qanununun 14-cü maddəsinin 2-ci bəndi).
Dostları ilə paylaş: |