aləmin və maddi dünyanın obyekti olan əşya təşkil edir. Yeni MM də alqı-satqı müqaviləsinin predmeti ki-
mi əşya anlayışından istifadə edir. Özü də satış anında əşya mövcud olmalıdır; MM-in 29-cu fəslinin 1-ci pa-
raqrafı gələcək əşyanın alqı-satqı müqaviləsinin predmeti olmasını nəzərdə tutmur. Digər tərəfdən, satılan əşya
özgəsinin olmamalıdır.
Əş
yanın alqı-satqı müqaviləsinin predmeti kimi çıxış etməsi üçün zəruri və gərəkdir ki, həmin əşya dövriy-
yə qabiliyyətli olsun, sərbəst olaraq bir şəxsin mülkiyyətindən digərinin mülkiyyətinə keçsin, dövriyyədə
onun hərəkəti və istifadəsi qadağan olunmasın. Dövriyyədən çıxarılmış əşyanın satılması və alınması qa-
dağandır. Bu cür əşyalar alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Məsələn, meşə fondunun dövriyyəsinə,
həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya yol verilmir (Meşə
Məjəlləsinin 8-ci maddəsi) Azərbayjan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil
edilmiş milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri mülki dövriyyədən çıxarılır («Mədəniyyət
haqqında» AR Qanununun 38-ci maddəsi). Dövlət mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınar abidə-
lərin satılması qadağandır («Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» AR Qanununun 17-ci mad-
dəsi).
Dostları ilə paylaş: |