Yolda olan vaxt satılmış daşınar əşya barəsində riskin keçməsi haqqında qanun başqa qayda müəyyən edir.
Belə halda, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski alqı-satqı müqaviləsinin bağ-
landığı andan alıcıya keçir (MM-in 571.2-ci maddəsi). Deməli, bu cür əşyalar üzrə riskin alıcıya keçməsi mü-
qavilənin bağlanma məqamı ilə şərtlənir. MM-in 571.2-ci maddəsi dispozitiv xarakterə malikdir. Belə ki, alqı-
satqı müqaviləsində riskin keçməsi barədə tərəflərin razılığı ilə ayrı qayda da nəzərdə tutula bilər. Riskin keç-
məsi ilə əlaqədar münasibətlər işgüzar dövriyyə adətləri ilə də tənzimlənə bilər.
Elə hallar da olur ki, yolda olduğu vaxt satılmış əşyanın təyinat məntəqəsinə çatdırılması zamanı bir neçə
nəqliyyat təşkilatından (daşıyıcıdan) istifadə olunur. Bu, xüsusən malın uzun müddət daşınması tələb olunan
hallarda lazım olur. Məsələn, malın daşınması nəqliyyat vasitələrinin müxtəlif növlərindən - dəniz nəqliyyatın-
dan, dəmir yolu nəqliyyatından, avtomobil nəqliyyatından və s. istifadə edilməklə həyata keçirilir. Belə halda
yolda olan satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcı-
Dostları ilə paylaş: |