1.2. Əşyanın yardımçı əşya ilə birlikdə verilməsi
Satıcının əşyanı vermək vəzifəsinə daxil olan tələblərdən (şərtlərdən) biri onun əşyanı yardımçı əşya ilə
birlikdə, eyni vaxtda verməsindən ibarətdir. Satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun yardımçı əşyasını
verməyə borcludur (MM-in 568.2-j maddəsi).
Təyinatı baş əşyaya xidmət etməkdən ibarət olan və onunla ümumi təsərrüfat və sair təyinat məqsədləri üçün
ə
laqədar olan əşyaya yardımçı əşya deyilir. Yardımçı əşyanın əsas təyinatı baş (əsas) əşyanın təyinatını ta-
mamlamaqdan ibarətdir. Təsərrüfatın daimi aparılması, əsas (baş) əşyanın istifadəsi və ya saxlanılması üçün nə-
zərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar yardımçı əşyalar hesab edilir (MM-in 135.11-ci maddəsi).
Məsələn, şəkilin çərçivəsi, qol saatının bilərziyi (qolbağı), avtomobilin komplekt açarları, elektrik üzqırxanının
qabı, ayaq xizəyinin ağajı, kompüterin örtüyü və s. yardımçı əşyalara misal ola bilər.
Ə
sas (baş) və yardımçı əşyaları mürəkkəb əşya hesab etmək olmaz. Mürəkkəb əşya odur ki, bu cür əşya
müxtəlif növlü əşyaları ümumi təyinat üzrə istifadə edilməsi məqsədi ilə vahid tam halında birləşdirir. Mürək-
kəb əşyaya misal olaraq yeməkxana servizini (qab-qajaq dəstini), ailə kəndli təsərrüfatının əmlakını, mebel qar-
niturunu (dəstini) göstərmək olar.
Yardımçı əşyanı əsas (baş) əşyanın nə tərkib, nə də ki ehtiyat hissəsi hesab etmək olar. Yardımçı əşya-
dan fərqli olaraq tərkib hissəsi əşya ilə konstruktiv (quruluşja) əlaqədə olur. Məsələn, avtomaşının müxtəlif de-
tal və mexanizmləri (rama, ban, mühərrik və s.) onun tərkib hissələridir. Əsas əşya ilə konstruktiv (quruluşja)
ə
laqədə olan hər hansı bir detalı yardımçı əşya hesab etmək olmaz. Yardımçı əşya baş əşya ilə konstruktiv
ə
Dostları ilə paylaş: |