yaların miqdarı haqqında şərtin pozulmasının nəticələri haqqında MM-in 578-ci maddəsi imperativ yox,
müəyyən adlı malların siyahısıdır. Müxtəlif əlamətlərə görə eyni cinsli əşyalar bir qrupda birləşdirilir ki, bu, əş-
yaların çeşidini əmələ gətirir. Əşyaların müəyyən çeşiddə qruplaşdırılmasını şərtləndirən əlamətlərin təxmini si-
yahısı MM-in 579-cu maddəsində göstərilmişdir: növlər; modellər; ölçülər; rənglər; digər əlamətlər. Beləliklə,
növlərə, modellərə, ölçülərə, rənglərə və ya digər əlamətlərə görə bir birindən fərqlənən eynicinsli əşyaların bir
464
Əş
yaların çeşidinin müəyyən edilməsi «təmiz» müqavilə şərtidir. Bu onu ifadə edir ki, alqı-satqı müqavilə-
sində çeşid və onun müəyyənləşdirilməsi qaydası tərəflərin razılığı ilə müəyyən edilir. Bununla belə, elə hallar
da olur ki, alqı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilmir. Belə halda əşyala-
rın çeşidi haqqında şərt öhdəliyin öz mahiyyətindən irəli gəlir. Bu onu ifadə edir ki, öhdəliyin xarakteri və təbi-
ə
ti alıcıya əşyaların hansı çeşiddə verilməsini şərtləndirir. Məsələn, pərakəndə satış müəssisələri şəbəkəsində
satılan xalq istehlakı malları müxtəlif cür növdə, formada, rəngdə və s., yəni müxtəlif çeşiddə ola bilər. Bu və
ya digər pərakəndə satış müəssisəsində olan çoxnövlü malların çeşidi tərəflərin razılığı ilə yox, öhdəliyin ma-
hiyyətindən irəli gəlir. Çeşid barədə şərti öhdəliyin mahiyyətindən irəli gələn müqavilələr bağlanarkən, satıcı
müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə
verə bilər və ya müqavilənin icrasından imtina edə bilər (MM-in 579-cu maddəsi).
Satıcı alqı-satqı müqaviləsinin əşyaların çeşidi haqqında şərtinin pozulmasına görə məsuliyyət daşıyır.
Bu barədə şərtin pozulması onun üçün arzuolunmaz və xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Çeşid haq-
qında şərtin pozulması halları müxtəlif ola bilər. Bu cür pozuntunun əsasən iki halı fərqləndirilir: çeşid haqqın-
da şərtin tam uyğun gəlməməsi; çeşid haqqında şərtin qismən uyğun gəlməməsi.
Birinci halda satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən
çeşiddə verir. Belə halda alıcının ixtiyarı vardır:
●
əşyanı qəbul etməkdən və pul məbləğini ödəməkdən imtina etmək;
●
əgər əşyanı qəbul edib, əvəzində pul məbləğini ödəmişsə, ödədiyi pul məbləğinin qaytarılmasını tələb
etmə
k (MM-in 580.1-ci və 580.2-ci maddələri).
kinci halda satıcı alıcıya həm alqı-satqı müqaviləsinə uyğun gələn, həm də çeşid haqqında müqavilə şərtini
pozan (müqavilənin tələblərinə uyğun gəlməyən) əşyalar verir. Belə halda alıcı mümkün alternativlərdən birini
seçir:
●
çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etmək, qalan əşyalardan imtina etmək;
●
verilmiş əşyaların hamısından imtina etmək;
●
çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olun-
Dostları ilə paylaş: