Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1471/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1467   1468   1469   1470   1471   1472   1473   1474   ...   1820
satıcıdan tələb etmək

Əş

yaların miqdarı haqqında şərtin pozulmasının nəticələri haqqında MM-in 578-ci maddəsi imperativ yox, 



dispozitiv xarakterə malikdir. Bu o deməkdir ki, tərəflərin razılığı ilə bu barədə ayrı qayda da nəzərdə tutula bi-

lər. 


1.6. Əşyaların nəzərdə tutulmuş çeşiddə verilməsi 

Alqı-satqı müqaviləsində tərəflərin razılığa gəldiyi şərtlərdən biri əşyaların çeşidi barədə tələbdir. Əşyala-



rın çeşidi barədə şərt müqavilənin mühüm şərti sayılmır. Əşyaların çeşidi müxtəlif əlamətlərə görə fərqlənən 

müəyyən adlı malların siyahısıdır. Müxtəlif əlamətlərə görə eyni cinsli əşyalar bir qrupda birləşdirilir ki, bu, əş-

yaların çeşidini əmələ gətirir. Əşyaların müəyyən çeşiddə qruplaşdırılmasını şərtləndirən əlamətlərin təxmini si-

yahısı MM-in 579-cu maddəsində göstərilmişdir: növlər; modellər; ölçülər; rənglər; digər əlamətlər. Beləliklə, 

növlərə, modellərə, ölçülərə, rənglərə və ya digər əlamətlərə görə bir birindən fərqlənən eynicinsli əşyaların bir 

qrupda birləşdirilməsinə əşyaların çeşidi deyilir. Əşyaların çeşidi alıcının sifarişi (ofertası) əsasında müəyyən 

edilir və hər şeydən əvvəl, onun ehtiyajını ifadə edir. 



 

464


Əş

yaların çeşidinin müəyyən edilməsi «təmiz» müqavilə şərtidir. Bu onu ifadə edir ki, alqı-satqı müqavilə-

sində çeşid və onun müəyyənləşdirilməsi qaydası tərəflərin razılığı ilə müəyyən edilir. Bununla belə, elə hallar 

da olur ki, alqı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilmir. Belə halda əşyala-

rın çeşidi haqqında şərt öhdəliyin öz mahiyyətindən irəli gəlir. Bu onu ifadə edir ki, öhdəliyin xarakteri və təbi-

ə

ti  alıcıya  əşyaların  hansı  çeşiddə  verilməsini  şərtləndirir.  Məsələn,  pərakəndə  satış  müəssisələri  şəbəkəsində 



satılan xalq istehlakı malları müxtəlif cür növdə, formada, rəngdə və s., yəni müxtəlif çeşiddə ola bilər. Bu və 

ya digər pərakəndə satış müəssisəsində olan çoxnövlü malların çeşidi tərəflərin razılığı ilə yox, öhdəliyin ma-

hiyyətindən irəli gəlir. Çeşid barədə şərti öhdəliyin mahiyyətindən irəli gələn müqavilələr bağlanarkən, satıcı 

müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə 

verə bilər və ya müqavilənin icrasından imtina edə bilər (MM-in 579-cu maddəsi). 

Satıcı alqı-satqı müqaviləsinin əşyaların çeşidi haqqında şərtinin pozulmasına görə məsuliyyət daşıyır

Bu barədə şərtin pozulması onun üçün arzuolunmaz və xoşagəlməz hüquqi nəticələrə səbəb olur. Çeşid haq-

qında şərtin pozulması halları müxtəlif ola bilər. Bu cür pozuntunun əsasən iki halı fərqləndirilir: çeşid haqqın-

da şərtin tam uyğun gəlməməsi; çeşid haqqında şərtin qismən uyğun gəlməməsi

Birinci  halda  satıcı  alıcıya  alqı-satqı  müqaviləsində  nəzərdə  tutulan  əşyaları  müqaviləyə  uyğun  gəlməyən 

çeşiddə verir. Belə halda alıcının ixtiyarı vardır: 

 əşyanı qəbul etməkdən və pul məbləğini ödəməkdən imtina etmək



 əgər əşyanı qəbul edib, əvəzində pul məbləğini ödəmişsə, ödədiyi pul məbləğinin qaytarılmasını tələ



etmək (MM-in 580.1-ci və 580.2-ci maddələri).  

kinci halda satıcı alıcıya həm alqı-satqı müqaviləsinə uyğun gələn, həm də çeşid haqqında müqavilə şərtini 

pozan (müqavilənin tələblərinə uyğun gəlməyən) əşyalar verir. Belə halda alıcı mümkün alternativlərdən birini 

seçir: 


 çeşid haqqında şərtə uyğun gələəşyaları qəbul etmək, qalan əşyalardan imtina etmək

 verilmiş əşyaların hamısından imtina etmək



 çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olun-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1467   1468   1469   1470   1471   1472   1473   1474   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin