1.5. Satılan əşyanın nəzərdə tutulan miqdarda
(kəmiyyətdə) verilməsi
Alqı-satqı müqaviləsinin predmeti onun mühüm və zəruri şərtidir. Alqı-satqı müqaviləsində satılan əşyanın
miqdarı (kəmiyyəti) da müqavilənin mühüm şərti hesab edilir. Bu o deməkdir ki, əgər alqı-satqı müqaviləsi
verilməli olan əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır (MM-in
577.2-ci maddəsi).
Satılan əşyanın miqdarı alqı-satqı müqaviləsində natura ilə və ya pulla ifadə olunur (MM-in 577.1-ci maddə-
si). Satılan əşyanın natura formasında miqdarı (kəmiyyəti) onun müvafiq ölçmə vahidləri ilə, yəni metrlə,
dənə ilə, kiloqramla və digər ölçü vahidləri ilə ifadə olunmasını əks etdirir. Satılan əşyanın miqdarını (kəmiyyə-
tini) müəyyən etmək üçün ton və kiloqram, həcmi müəyyən etmək üçün kubmetr, litr və barrel, uzunluğu ölç-
mək üçün metr, sahəni təyin etmək üçün kvadrat metr kimi ölçü vahidləri seçilir.
Çox vaxt satılan əşyanın miqdarını müəyyən etmək üçün dənə anlayışından istifadə edilir. Bu kəmiyyət
ölçüsü ilə əşyanın miqdarı müəyyən edilərkən əşyanın sayı göstərilir. Məsələn, 10 ədəd kitab, 100 ədəd dəftər,
30 ədəd qələm və s. Tez-tez müqavilədə satılan əşyanın miqdarı pulla ifadə olunur. Belə halda pul həm dəyər
Dostları ilə paylaş: |