nəticəsi (alıcıdan əşya geri alındığı halda) satıcı tərəfindən alıcıya dəymiş zərərin əvəzinin ödənilməsidir.
Belə halda məsuliyyətin əsası eviksiyadır. Eviksiyaya görə satıcı məsuliyyət daşıyır (MM-in 573.1-ci maddəsi).
Bunun üçün aşağıdakı şərtlərin olması vacibdir: əşyanın (malın) qanunda nəzərdə tutulan qaydada alıcıdan
alınması (məsələn, vindikasiya iddiasının təmin edilməsi barədə məhkəmə qərarı əsasında); əşyanın alınmasını
şə
rtləndirən əsasın alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlməsi (yəni əşyanın alıcıya verilməsinədək
yaranması); satıcının alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməməsi; alıcıya qarşı əşya-
nın geri alınması (eviksiya) barədə məhkəmə qaydasında iddia irəli sürülməsi və alıcının satıcını işdə iştirak
etməyə cəlb etməsi.
Eviksiya (əşyanın geri alınması) barədə məhkəmə qaydasında iddia irəli sürüldükdə, alıcı və satıcı qanunda
nəzərdə tutulan vəzifələr daşıyırlar (MM-in 574-cü maddəsi). Üçüncü şəxslər tərəfindən irəli sürülən iddianın
ə
sas tələbi satıcıdan satın alınmış malı alıcıdan almaqdan ibarətdir. Alıcının belə halda əsas vəzifəsi satıcını işdə
iştirak etməyə cəlb etməkdən ibarətdir. Satıcı isə alıcının tərəfində bu işə daxil olmağa borcludur. Onun belə
halda əsas vəzifəsi eviksiyadan müdafiəni həyata keçirməkdən ibarətdir. Bu vəzifənin əsas mahiyyəti alıcı-
Dostları ilə paylaş: |