hüquqi nəticələrə səbəb olur. Ən birinci hüquqi nəticə ondan ibarətdir ki, satıcının üçüncü şəxslərin hüquq-
larından azad əşya vermək vəzifəsini icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı
müqaviləsinin ləğvini tələb etmək hüququ verir (MM-in 572.1-ci maddəsi). Bu hüquqi nəticə o vaxt baş verir
ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Özü də belə halda
sübut etmə yükünü alıcı yox, satıcı çəkir. Bununla bərabər, satılan əşyaya üçüncü şəxslər iddia (tələb) irəli sürə
bilərlər. Məsələn, əşya barəsində vindikasiya iddiasının irəli sürülməsini bu cür tələbə misal göstərmək olar.
Belə halda alıcı əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək ixtiyarına
malikdir. Bunun üçün iki şərt tələb edilir. Birincisi, üçüncü şəxslərin iddiası əmlak alıcıya verildikdən sonra
Dostları ilə paylaş: |