Üçüncü şəxslər dedikdə alqı-satqı müqaviləsində satıcı və alıcı (tərəf) rolunda çıxış etməyən subyektlər başa
düşülür. Üçüncü şəxslərin hüquqları dedikdə isə mülki qanunvericiliklə (MM-in 2.2-ci maddəsi) tənzimlənən
ə
mlak hüquqları başa düşülür. Əmlak hüquqları isə həm əşya hüquqları (mülkiyyət hüququ və digər məhdud əş-
ya hüququ), həm də öhdəlik hüquqları (girovsaxlayanın hüquqları, ijarəyəverənin hüquqları və s.) növündə ola
bilər. ddia isə üçüncü şəxsin əşyaya olan hüquqları barədə tələbini ifadə edir. Məsələn, üçüncü şəxsin satıcıya
ə
mlakın alınması barədə vindikasiya iddiası verməsi iddianı ifadə edir.
Dostları ilə paylaş: |