Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1726/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1722   1723   1724   1725   1726   1727   1728   1729   ...   1820
Beşinci  tələb  podratçının  podratı  kəmiyyətjə  (miqdarja,  sayja)  yerinə  yetirməsindən  ibarətdir.  Onun 

podratı kəmiyyətjə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qü-

surlara bərabər tutulur (MM-in 762.3-cü maddəsi). 

Beləliklə, podratçı işin icrasını fiziki qüsurlar olmadan (kəmiyyət-keyfiyyət göstəriciləri barədə şərtlərə uy-

ğ

un gələn) yerinə yetirməlidir. Onun hazırladığı məmulatda qüsur olarsa, sifarişçi əlavə icra tələbi irəli sürə bi-



lər (MM-in 763.1-ci maddəsi). Sifarişçi əlavə icra tələbi irəli sürdüyü halda podratçı iki alternativdən birini se-

çir: 


 ya məmulatda aşkar edilmiş qüsuru aradan qaldırmalı

 ya da yeni məmulat hazırlamalı



Ə

lavə icra, şübhəsiz ki, yeni əlavə xərclərin çəkilməsini tələb edir. Qanun həmin əlavə xərclərin ödənilməsi-

ni podratçıya həvalə edir (MM-in 763.2-ci maddəsi). Bu cür əlavə xərclərə aiddir: 

 iş üçün tələb olunan xərc; 



 materiallar üçün tələb olunan xərc; 

 nəqliyyat xərci. 



Ə

lavə  icranın  yerinə  yetirilməsi  kifayət  qədər  xeyli  çox  vəsait  və xərclər  (uyğun  gəlməyən  qeyri-münasib 

xərclər) tələb etdiyi halda, podratçının həmin icradan imtina etmək ixtiyarı vardır. 

Sifarişçi əlavə icra üçün müəyyən vaxt müddəti təyin edir. Əgər podratçı əlavə xərclərin kifayət qədər xeyli 

çox (qeyri-münasib uyğun gəlməyən xərclər) olmasına baxmayaraq, əlavə icradan imtina etməzsə, o, bu müddət 

ə

rzində sifarişçinin əlavə tələbini icra etməyə borcludur. O, təyin edilmiş müddət ərzində əlavə icranı yerinə ye-



tirməzsə, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-in 764.1-ci 

maddəsi). Belə halda sifarişçinin ixtiyarı var ki, qüsuru aradan qaldırmaq üçün podratçıdan avans tələb etsin. 

Bununla bərabər, sifarişçi əlavə icranı qəbul edərkən məmulatda yenə də qüsurlar aşkar edə bilər. Bu halda o, 

qüsura uyğun və münasib olaraq podratçıya verilən haqqın məbləğini azaldır. Qüsur məmulatın dəyərini nə qədər 

azaldırsa, haqqın miqdarı bir o qədər də azaldılır (MM-in 776-cı maddəsi). Sifarişçi bundan əlavə, əlavə icranı qə-

bul etməyərək müqavilədən imtina edə bilər. 

Ə

lavə icra nəticəsində podratçı qüsuru aradan qaldırmaq əvəzinə ikinci alternativi seçməklə yeni məmulat da 



hazırlaya bilər. Bu halda qüsurlu məlumatın hüquqi taleyi və müqəddəratı nejə həll edilir? Qanun bu sualın da 

cavabını dəqiq olaraq müəyyən edir (MM-in 763.3-cü maddəsi). Belə ki, podratçı yeni məmulat hazırladığı hal-

da qüsurlu məmulat onun tələbi ilə geri qaytarılır, yəni podratçının sərənjamına (mülkiyyətinə) daxil olur. 

Podratçı tərəfindən qüsursuz olaraq işi icra etmək vəzifəsinin yerinə yetirilməməsi onun üçün arzuolunmaz 

nəticələrə səbəb olur. Bu, sifarişçiyə ixtiyar verir ki, o, müqavilədən imtina etsin. Belə ki, əgər əlavə icra üçün 

müəyyənləşdirilmiş  müddət  qurtardıqdan  sonra  məlumatdakı  qüsur  tamamilə  aradan  qaldırılmazsa,  sifarişçi 

müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borc-

ludur (MM-in 765-ci maddəsi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1722   1723   1724   1725   1726   1727   1728   1729   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin