Təqribi smeta odur ki, işin gedişi və icrası prosesində bu cür smetanın dəyişməsi, ondan kənara çıxmaya
yol verilməsi istisna edilmir. Təqribi smeta podratçının yerinə yetirməli olduğu işlərin dairəsini və növünü
qabaqcadan müəyyən etmək mümkün olmadığı hallarda tərtib edilir. Podrat müqaviləsi bağlanarkən nəzərdə tu-
tulması mümkün olmayan elə podrat işləri vardır ki, bu cür işlərin görülməsi zərurəti təqribi smetadan kənara
çıxmaya səbəb olur. Podratçı bu cür kənara çıxma barəsində dərhal ləngimədən sifarişçiyə məlumat verməlidir.
Ə
gər kənara çıxma mühüm xarakter daşıyarsa, sifarişçinin razılığı ilə bu cür əlavə işin haqqı ödənilir. Belə ki,
sifarişçi bu halda podratçının çəkdiyi xərclərin əvəzini verir. Bununla belə, sifarişçi təqribi smetadan artıq xərc-
lərin ödənilməsindən imtina edib, podrat müqaviləsinə xitam vermək hüququna malikdir. Göstərilən halda
sifarişçi icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur (MM-in 754.2-ci maddəsi).
Dostları ilə paylaş: |