si üzrə iddia müddəti barədə xüsusi qaydalar müəyyən edir (MM-in 776.1-ci mad-
dəsi). Bu elə müddətdir ki, göstərilən həmin müddət ərzində sifarişçi podratçının gördüyü işin icrasının qüsuru
barəsində tələb irəli sürmək ixtiyarına malik olur. Qanun podrat müqaviləsi üzrə iki cür iddia müddəti müəyyən
edir:
●
bir illik iddia müddəti;
●
beş illik iddia müddəti.
Podratçının həyata keçirdiyi hər hansı işin nəticəsində (icrasında) aşkar edilmiş qüsur barəsində bir illik id-
dia müddəti müəyyən edilir. Binaya aid podrat işinin icrasının qüsuru barəsində beş illik iddia müddəti tətbiq
olunur. Həm bir illik, həm də beş illik iddia müddətinin axımı sifarişçi tərəfindən işin qəbul edildiyi gündən
hesablanır. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı
işin tam qəbul olunduğu gündən başlanır (MM-in 776-cı maddəsinin 2-ci bəndi).
Müddətdən fərqli olaraq podrat müqaviləsinin qiyməti, nejə deyərlər, müfəssəl şəkildə tənzimlənir. MM-in
753-cü maddəsi podrat müqaviləsi üzrə qiymətin mülki-hüquqi tənzimlənməsinə həsr edilmişdir. Müddət kimi
də müqavilənin qiyməti onun mühüm şərti hesab olunmur.
Müqavilənin qiyməti podratçı tərəfindən icra edilən işə görə sifarişçinin ona ödədiyi podrat haqqını ifadə
edir. Odur ki, müqavilənin qiyməti podrat haqqı adlanır. Haqq sifarişçinin podratçıya onun gördüyü işin mü-
qabilində verdiyi ödənişdir, podratçının icra etdiyi işin qiymətidir. Haqqın ödənilməsi podratçının müqavilə üz-
rə nəzərdə tutulan və görməli olduğu işin həcminə daxil olan bütün işlərin qiymətinin ödənilməsini nümayiş et-
dirir (MM-in 753.1-ci maddəsi). Qiymət çox vaxt müəyyən pul məbləği ilə ifadə edilir. Bununla bərabər, ye-
rinə yetirilən podrat işinin qiyməti kimi digər qarşılıqlı əvəz formaları da çıxış edə bilər (MM-in 397.1-ci
maddəsi). Məsələn, podratçının gördüyü işin müqabilində sifarişçi ona hər hansı bir xidmət göstərə (sanatoriya-
ya putyovka almaq, yol bileti ilə təmin etmək) və ya hər hansı bir predmet (soyuducu, xalça, televizor və s.) ve-
rə bilər (natura formasında podrat haqqı).
Podrat müqaviləsi bütün hallarda əvəzli xarakterə malik olur. Bu müqavilənin əvəzsiz olması tamamilə is-
tisna edilir. Elə təsəvvür edək ki, podratçı podrat müqaviləsi üzrə sifarişçinin materialları əsasında onun tapşırı-
ğ
ı ilə yeni məmulat hazırlamağı öhdəsinə götürür. O, gördüyü işə görə haqq almır. Bu, əmlak vəzifəsindən
Dostları ilə paylaş: |