azad edilmək halına uyğundur. Göstərilən münasibətlər bağışlama müqaviləsinin tənzimetmə sferasına daxil
olur. Belə ki, bu münasibətlərə bağışlama müqaviləsi haqqında normalar tətbiq edilir (MM-in 666.2-ci maddə-
si). Belə halda həmin münasibətlər bağışlama müqaviləsi ilə rəsmiləşdirilir. Bu müqavilədə podratçı hədiyyə
verən, sifarişçi hədiyyə alan, əmlak vəzifəsindən azad edilmək (podrat haqqını verməkdən azad olmaq) isə mü-
qavilənin predmeti rolunda çıxış edir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, podrat müqaviləsində haqqın miqdarı göstərilməyə də bilər. Bu hal
müqavilənin əvəzsiz olmasını nümayiş etdirmir. Axı, biz göstərdik ki, podrat müqaviləsi bütün hallarda əvəzli
müqavilə hesab edilir. Əgər müqavilədə haqqın miqdarı müəyyənləşdirilməyibsə, adi haqqın şərtləşdiyi hesab
olunur (MM-in 753.1-ci maddəsi). Başqa sözlə desək, MM-in 398.3-cü maddəsinə uyğun olaraq, belə halda
podratçının yerinə yetirdiyi işə görə haqq müqayisəyə gələ bilən hallarda oxşar işlər üçün adətən alınan
Dostları ilə paylaş: |