3. Müqavilənin digər elementləri
Müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması MM ilə xüsusi olaraq tənzimlən-
mir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir.
Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Təjrübədə çox vaxt, əksəriy-
yət hallarda sadə yazılı formalı podrat müqaviləsindən istifadə edilir. Bununla belə, notarial formalı podrat
müqaviləsinin tətbiq edilməsinin mümkünlüyü prinsip etibarı ilə istisna olunmur. Belə ki, tərəflərin qarşılıqlı
razılığı ilə podrat müqaviləsi üçün notarial forma nəzərdə tutulmuş olmasa da, podrat müqaviləsi notariat qay-
dasında təsdiqlənə bilər (MM-in 329.1-ci maddəsi).
Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xü-
susi olaraq nizama salmır.
Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, si-
farişçinin öz tapşırdığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır. Elə hallar da olur ki,
podrat müqaviləsində müddət nəzərdə tutulmur. Bu, müqavilənin bağlanmış hesab olunmasını istisna etmir.
Ona görə ki, müddət podrat müqaviləsinin mühüm şərti sayılmır. Belə halda, yəni podrat müqaviləsində
müddət nəzərdə tutulmadığı hallarda, sifarişçi işin dərhal icrasını tələb edə bilər, podratçı isə onu ağlabatan
müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi).
Podrat müqaviləsində müddət dedikdə sifarişçinin tapşırığı əsasında podratçının gördüyü işin başlama və
qurtarma vaxtı başa düşülür. Müqavilədə həm işin başlama, həm də qurtarma vaxtı göstərilə bilər. Bununla be-
lə, müqavilədə işin sifarişçi tərəfindən qəbul edilməsi müddəti də nəzərdə tutula bilər. Əgər sifarişçi işi podrat-
çının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (MM-in 770-ci maddəsi).
Podrat müqaviləsi üzrə tərəflər əlavə icra üçün müəyyənləşdirilmiş müddət barədə də razılığa gələ bilər-
lər. Bu müddət podratçının hazırladığı məmulatda sifarişçi qüsur aşkar etdiyi halda müəyyənləşdirilir. Əlavə
icra müddəti məmulatdakı qüsuru aradan qaldırmaq və ya yeni məmulat hazırlamaq məqsədi ilə podratçıya ve-
rilən vaxt imkanıdır. Bu müddət nəticəsiz başa çatdığı halda, sifarişçi öz vəsaiti hesabına qüsuru aradan qaldırıb
çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-in 764.1-ci maddəsi).
Qanun podratçının özünün hazırladığı məmulata qarantiya müddəti üzrə öhdəlik götürməsinin mümkünlüyü-
nü müəyyən edir (MM-in 774-cü maddəsi). Qarantiya müddəti elə bir vaxt müddətidir ki, bunun ərzində pod-
535
ratçının hazırladığı məmulat adətən istifadə məqsədləri üçün yararlı olur. Qarantiya müddəti ərzində məmulatda
aşkar edilmiş qüsura görə podratçı məsuliyyət daşıyır.
Qanun podrat müqavilə
Dostları ilə paylaş: |