qiymət üzrə ödənilir.
Podrat müqaviləsi üzrə qiymət bir qayda olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Qiymət susmaq yolu
ilə (dinməz razılıq əsasında) də müəyyənləşdirilə bilər. Bu o vaxt mümkün olur ki, həmin şəraitdə podratın
yalnız haqq müqabilində yerinə yetirilməsi ehtimal edilsin (MM-in 753.1-ci maddəsi). Bəzi hallarda podratçının
yerinə yetirdiyi işin qiyməti preyskurantlarla və ya tariflərlə də müəyyən edilə bilər. Belə halda podratçı yal-
nız preyskurant və ya tarifdə nəzərdə tutulan qiymət əsasında işi icra edir. Sifarişçi bu cür qiymətlərlə ya razı-
laşmalı, ya da müqavilə bağlamaqdan imtina etməlidir. Xüsusən dövlət təşkilatları, kooperativlər və digər hüqu-
qi şəxslər preyskurant və ya tarif qiymətləri əsasında podrat işləri görür.
Haqq podrat müqaviləsində nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün müəyyən edilir. Buna görə
də işin həcminin dəyişməsinə uyğun olaraq haqqın miqdarı da dəyişə bilər. şin həcminin dəyişməsi dedikdə
onun ya azalması, ya da artması başa düşülür. Müqavilə bağlandıqdan sonra işin həcmi sifarişçinin verdiyi
müxtəlif cür sərənjamlar əsasında dəyişə bilər. Məsələn, sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin
görülməsini tələb edə bilər. Belə halda işin həcmi edilən əlavəyə uyğun olaraq artır. Bu isə sifarişçinin əlavə iş-
lərin görülməsinə görə podratçıya ayrıca haqq vermək vəzifəsini şərtləndirir. Əgər sifarişçi müqavilədə nə-
zərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca
haqq almaq hüququ vardır (MM-in 753.3-cü maddəsi).
Elə də hallar olur ki, müqavilədə nəzərdə tutulan işin həcmi podratçı tərəfindən sifarişçinin tələbi olma-
|