Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1721/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1717   1718   1719   1720   1721   1722   1723   1724   ...   1820
dan artırılır. Bu cür əlavə işlərin görülməsi podrat müqaviləsində müəyyənləşdirilmir. Müqavilədə nəzərdə tu-

tulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən bu cür işlərin haqqı ödənilmir (MM-in 

753.4-cü maddəsi). Podratçı müqavilədə nəzərdə tutulmayan yerinə yetirdiyi həmin əlavə işin nəticələrini, əgər 

sifarişçi bunu tələb edərsə, aradan qaldırmağa borcludur. O, əlavə işin nəticələrini ağlabatan müddət ərzində 

aradan qaldırmalıdır. Əgər podratçı göstərilən müddət ərzində həmin nəticələri aradan qaldırmazsa, sifarişçinin 

ixtiyarı var ki, əlavə işin nəticələrini özü podratçının hesabına ləğv etsin. 

Podrat müqaviləsi üzrə görülən işin həcmi böyük və geniş olduqda, eləjə də işin özü kompleks və mürəkkəb 

xarakter  daşıdıqda  müqavilənin  qiyməti  smeta  tərtib  etmək  yolu  ilə  müəyyən  edilir.  Müqavilənin  qiyməti 

podratçı ilə sifarişçinin razılığının nəticəsi olduğuna görə bir tərəfin tərtib etdiyi smeta hüquqi əhəmiyyətə ma-

lik olmayajaqdır. Podratla bağlı tərtib olunan smeta yalnız o halda ödənilir ki, bu smeta hər iki tərəfin iradəsini 

və razılığını ifadə etsin. Podratla bağlı tərtib edilmiş smeta, əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyən-

ləşdirilməyibsə, ödənilmir (MM-in 752.3-cü maddəsi). 

Smeta  həm  podratçı  tərəfindən,  həm  də  sifarişçi  tərəfindən  tərtib  edilə  bilər.  Bir  qayda  olaraq,  peşəkarlıq 

mülahizələrinə görə smeta podratçı tərəfindən tutulur. Sonra isə smetanı sifarişçi təsdiq edir. Bu, qiymət barədə 

tərəflərin razılığını ifadə edir. Yalnız hər iki tərəfin iradəsini ifadə edən smeta hüquqi əhəmiyyətə malik olur. 

Podrat müqaviləsi ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün iki cür smeta tərtib edilir: 

 sabit smeta; 



 təqribi smeta. 



Sabit smeta odur ki, bu, podratçının çəkdiyi bütün zəruri xərcləri dəqiq olaraq ifadə edir. Sabit smeta bir 

qayda olaraq, dəyişilməzdir. Barəsində sabit smeta tərtib edilmiş podrat işinin artırılmasına və ya azaldılmasına 

yol verilmir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1717   1718   1719   1720   1721   1722   1723   1724   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin