qonşusuna 20 min manata bağ evi almağı tapşırır. Lakin qonşu bağ evini 25 minə alır. Bununla o, tapşırıqdan
kənara çıxır və bunun nətijəsində zərər yaranır. Qonşu 5 min manat pulu vəkalət verənə ödəyir. Bu isə tapşırı-
547
Vəkalət alanın
ikinci ə
sas və
zifə
si onun tapş
ırığ
ı şə
xsə
n özü icra etmə
sində
n ibarətdir. Vəkalət alan ona
verilmiş tapşırığı şəxsən ijra etməyə borjludur (MM-in 780.1-ci maddəsi). Bu vəzifə tapşırıq müqaviləsinin fi-
dusiar, yəni şəxsi-etimad xarakterli müqavilə olmasından irəli gəlir. Belə ki, vəkalət verənin vəkalət alana gös-
tərdiyi xüsusi etimad (etibar) mühüm əhəmiyyət kəsb edir. Tapşırığı icra edərkən vəkalət alan faktiki yardımçı
hərəkətlər üçün köməkçi kimi müxtəlif şəxsləri (sürücüləri, makinaçını, kuryeri, tərcüməçini, hüquq məsləhət-
çisini və s.) jəlb edə bilər. Bu hal onun tapşırığı şəxsən ijra etmək vəzifəsindən kənara çıxmasını ifadə etmir.
Köməkçilərin həyata keçirdikləri hərəkətə görə vəkalət verənin qarşısında onlar yox, vəkalət alan məsuliyyət
daşıyır. Köməkçilərin jəlb edilməsinə, əgər tapşırıq müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, vəkalət
verənin razılıq (icazə) verməsi tələb olunmur.
Bununla bərabər, qeyd etmək lazımdır ki, vəkalət alan şəxsin ona verilmiş tapşırığın icrasını digər şəxsə
Dostları ilə paylaş: