müqaviləsi ilə birlikdə etibarnamə vasitəsi ilə qaydaya salınmasından ibarətdir. Yuxarıdakı misalda vəkalət
alanın etibarnaməsiz üçüncü şəxsə bağ evini satmasının qeyri-mümkünlüyü aydın məsələdir. Ona görə də
Y.A.Suxanovun belə bir fikri ilə razılaşmaq olmaz ki, yazılı tapşırıq müqaviləsi yalnız müqavilədə müddət gös-
tərilmədiyi və ya etibarnamədə nəzərdə tutulan müddətdən çox olduğu hallarda bağlanır. Onun fikrinjə, qalan
digər hallarda tapşırıq müqaviləsi bağlamaq lazım deyil, çünki etibarnamə həmişə müqavilənin bağlanmasını
mübahisəsiz olaraq sübut edirBununla bərabər, belə bir fikir ilə də razılaşmaq olmaz ki, müəyyən hallarda və-
kalət alan üçüncü şəxsə etibarnamənin əvəzinə lazımi qaydada tərtib olunmuş tapşırıq müqaviləsinin surətini
təqdim edə bilər. Münasibətlərin lazımı qaydada rəsmiləşdirməsi üçün ən düzgün yol həm tapşırıq müqaviləsi
bağlamaq, həm də etibarnamə verməkdir. Bu isə vəkalət verənin vəkalət alana etibarnamə verməyə borjlu olma-
sını şərtləndirir. Bir az əvvəldə çəkdiyimiz misalda vəkalət alanın əmlakı etibarnaməsiz üçüncü şəxsə nejə sat-
masını hətta təsəvvürə gətirmək mümkün deyil. Çox hallarda tapşırığı etibarnaməsiz də ijra etmək olar. Etibar-
namə xüsusən o halda zəruri olur ki, vəkalət alan tapşırıq müqaviləsi üzrə tapşıranın adından və onun hesabına
ə
qdlər bağlasın. Əgər o, tapşıranın hesabına, lakin öz adından əqdlər bağlayarsa, çox vaxt etibarnamədən istifa-
də edilməsi lazım olmur. Ona görə ki, vəkalət alan bu cür halda bağlanan əqdin tərəfi kimi çıxış edir. Tapşırıq
müqaviləsinin predmeti faktiki hərəkətlərdən (qeyri-əqd tipli hərəkətlərdən) ibarət olduğu hallarda isə etibarna-
mə verilməsi ümumiyyətlə, tələb olunmur.
Dostları ilə paylaş: |