dan hüquqi hərəkətlər yerinə yetirmir.
Broker müqaviləsi sahibkarlıq müqaviləsidir. Bu onunla izah olunur ki, broker fəaliyyətinin əsas məqsədi
vasitəçilik xidmətindən ibarətdir. Özü də brokerin həyata keçirdiyi broker fəaliyyəti xüsusi razılıq (lisenziya)
tələb edən sahibkarlıq fəaliyyətinə aiddir. Elə buradaca, dərhal qeyd etməliyik ki, brokerlik fəaliyyətinin bü-
tün növləri yox, yalnız bəzi növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir: sığorta bro-
keri fəaliyyəti; qiymətli kağızlar bazarında broker fəaliyyəti; gömrük brokeri. Brokerlik fəaliyyəti dedikdə, qiy-
mətli kağızlar bazarında sığorta sahəsində, əmtəə, fond və valyuta birjasında və digər sferalarda brokerin müx-
təlif kommersiya sazişlərinin bağlanmasında vasitəçiliyi başa düşülür.
Broker müqaviləsi beynəlxalq ticarət dövriyyəsində də tətbiq edilir. Qeyd etməliyik ki, brokerlik beynəl-
Dostları ilə paylaş: |