Valyuta birjasında bağlanan broker müqaviləsinin predmeti isə xarici valyutaların alqı-satqı müqaviləsi-
ni bağlamaqda müştəriyə göstərilən vasitəçilik xidmətindən ibarətdir.
Müqavilənin forması haqqında MM hər hansı xüsusi qayda müəyyən etmir. «Tapşırıq müqaviləsinin for-
ması haqqında» AR Qanununun (MM-in 777.2-ci maddəsi) müəyyən etdiyi qaydaları broker müqaviləsinin for-
masına tətbiq etmək olar. Belə ki, tapşırıq müqaviləsi kimi broker müqaviləsi də həm şifahi, həm də yazılı for-
mada bağlana bilər. Lakin broker müqaviləsi sahibkarlıq müqaviləsi olduğuna görə yazılı formada bağlanma-
lıdır.
Broker müqaviləsinin müddəti qanunla tənzimlənmir. Ona görə də broker müqaviləsində müddət ilə bağlı
münasibətlərə öhdəliyin icrası barədə qanunun nəzərdə tutduğu qaydalar tətbiq edilir (MM-in 427.2-ci maddə-
si).
Dostları ilə paylaş: |