Broker müqaviləsinin qiyməti onun müddətindən fərqli olaraq xüsusi qaydada nizama salınır. MM-in 788-
ci maddəsi broker müqaviləsinin qiyməti ilə bağlı məsələlərin tənzimlənməsinə həsr edilmişdir.
Brokerin ixtiyarı vardır ki, yalnız o, vasitəçilik xidmətini gerçəkləşdirdikdən sonra haqqın verilməsini tələb
etsin. Haqqın ödənilməsi tərəflərin müəyyən etdikləri və nəzərdə tutduqları arzu olunan nəticəyə nail olunması
ilə şərtlənir. Deməli, müqavilə icra olunduqdan sonra brokerə haqq ödənilir. Müqavilə təxirəsalıcı şərtlə
bağlana bilər. Təxirəsalıcı şərtlə bağlanan bu cür broker müqaviləsində isə haqqın ödənilməsi gələcəkdə gözlə-
nilən və ya naməlum hadisədən (şərtdən) asılı olaraq müəyyən edilir. Məsələn, tapşıran brokerə milli valyutanın
kursu dəyişdiyi halda hərəkət etmək barədə göstəriş verə bilər. Yalnız gözlənilən həmin hadisə (şərt) baş ver-
dikdə, brokerə haqq ödənilir. Gözlənilən hadisə baş vermədikdə isə brokerə haqq verilmir.
Dostları ilə paylaş: |