rinə yetirilməsinin qeyri-mümkünlüyündən ibarətdir.
Daimi renta həm renta ödəyicisinin, həm də renta alanın təşəbbüsü ilə satın alına bilər. Lakin satın alınma
yolu ilə daimi renta müqaviləsinin ləğv edilməsi üçün qanun bir şərt müəyyən edir. Bu şərt ondan ibarətdir ki,
renta ödəyicisi bütün satınalınma məbləğini tam ödədikdən sonra daimi renta müqaviləsi xitam edilə bi-
lər. Müqavilədə satınalmanın başqa qaydası da nəzərdə tutula bilər.
Qeyd etdik ki, daimi renta renta alanın təşəbbüsü (tələbi) ilə də satın alına bilər. Renta alanın tələbi ilə
daimi rentanın satın alınmasını şərtləndirən əsasların siyahısı qanunda nəzərdə tutulmuşdur (MM-in 874-cü
maddəsi). Bu siyahı qeyri-qəti və təxmini xarakterə malikdir. Odur ki, daimi renta müqaviləsində bu siyahıda
göstərilməyən digər əsaslar da nəzərdə tutula bilər.
Renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirən əsaslardan biri renta ödəyicisinin renta
Dostları ilə paylaş: |