Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə54/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   50   51   52   53   54   55   56   57   ...   1820
Üçüncü xüsusiyyət ondan ibarətdir ki, mülki qanunvericiliyin sistemi obyektiv yox, subyektiv xarakterə 

malikdir.  O,  qanunvericinin  (hüquqyaratma  orqanının)  iradəsindən  asılıdır.  Mülki  qanunvericilik  sistemi  qa-

nunvericinin (hüquqyaratma orqanının) «məhsuludur», «bəhrəsidir», necə deyərlər, «yetişdirməsidir». Bu xüsu-

siyyəti ilə mülki qanunvericilik sistemi hüquq sahəsi kimi mülki hüququn sistemindən fərqlənir. Bildiyimiz ki-

mi, mülki hüququn sistemi ictimai həyatın ümumi qanunauyüunluqları əsasında formalaşaraq obyektiv xarakter 

daşıyır. O, qanunvericinin iradəsi və mülahizələri əsasında deyil, obyektiv gerçəklik əsasında qurulur. Hüquq-

yaratma orqanının (qanunvericinin) iradəsindən asılı olmayaraq mülki hüquq normaları obyektiv surətdə müəy-

yən normalar qrupunda birləşir və dözlənir. Lakin bu, o demək deyildir ki, burada qanunverici mütləq dərəcədə 

tamamilə iradəsizdir. Hüquq normaları onların subyektiv, şüurlu və iradəvi fəaliyyətinin məhsuludur. Lakin bu-

na baxmayaraq prinsip etibarilə mülki hüququn sistemi qanunvericinin (hüquqyaratma orqanlarının) iradəsin-

dən asılı deyil. Bu sistem qanunvericinin özbaşına hərəkəti nəticəsində qurula bilməz. Mülki hüququn sistemi 

cəmiyyətin iqtisadi bazisi ilə şərtlənir. 

Fəlsəfi  planda  mülki  hüququn  sistemi  ilə  mülki  qanunvericilik  arasında  nisbət  forma  və  məzmun  kimidir. 

Mülki hüquq sistemi əgər mülki hüquq sahəsinin məzmununu ifadə edirsə, mülki qanunvericilik sistemi onun 

formasını əks etdirir. Mülki hüququn sistemi mülki hüququn bu sahə ilə tənzimlənən ictimai münasibətlərin xa-

rakterinə uyüun gələn daxili strukturudur. Mülki qanunvericilik sistemi isə mülki hüququn xarici ifadə for-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin