qanunlar yalnız qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanı (Milli Məclis) tərəfindən qəbul edi-
lir. Onlar bilavasitə xalq tərəfindən referendum qaydasında da qəbul edilə bilər. Başqa bir orqanın qanun qəbul
etmək səlahiyyəti yoxdur.
kincisi, qanunlar yüksək hüquqi qüvvəyə malikdir. Bütün digər normativ aktlar qanunlara zidd olmama-
lıdır. Qanunu qəbul edən orqandan savayı, digər hər hansı orqanın onu ləğv etmək və ya dəyişdirmək ixtiyarı
yoxdur.
Üçüncüsü, qanunlar ictimai həyatın əsas, ən mühüm məsələləri özrə qəbul edilir. Onlar cəmiyyətin nis-
bətən daha vacib sahələrini tənzimləyir. Qanunlar elə məsələləri qaydaya salır ki, bu məsələlər vətəndaşların və
hüquqi şəxslərin maraq və mənafeləri ilə bilavasitə bağlı olur. Mülki-hüquqi xarakterli və yönümlü qanunlar
ə
mlak dövriyyəsi iştirakçılarının hüquqi vəziyyətini, əsas hüquq və vəzifələrini, onların əmələ gəlməsi əsasları-
nı, mülki hüquqların müdafiəsi qaydasını və digər məsələləri nizama salır.
Dördüncüsü, qanunlar özündə əsas və başlanüıc xarakterli hüquq normalarını birləşdirir. Bütün digər
hüquqi aktlar qanun normalarını (normativ göstərişləri) detallaşdırır və konkretləşdirir.
Beşincisi, qanunlar xüsusi prosessual qaydada qəbul edilir. Daha doürusu, onlar xüsusi qanunvericilik
qaydasında qəbul olunur. Qanunların qəbul edilməsi bir neçə mərhələni əhatə edir ki, bu mərhələlər bir-biri ilə
sıx surətdə bağlıdır.
Beləliklə, qanun dedikdə, ali qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanı tərəfindən xüsusi
Dostları ilə paylaş: |