Məhdud məsuliyyətli cəmiyyət bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı ni-
zamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən elə bir kommersiya təşkilatıdır ki, bu təşki-
latın iştirakçıları onun öhdəlikləri özrə cavabdeh deyillər və onun fəaliyyəti ilə bağlı olaraq əmələ gələn
zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar (MM-in 87-ci maddəsinin 1-ci bəndi).
Məhdud məsuliyyətli cəmiyyətə verilən bu leqal anlayış onun mahiyyətini xarakterizə edən əsas əlamət və
cəhətləri müəyyənləşdirməyə imkan verir.
Məhdud məsuliyyətli cəmiyyət kommersiya təşkilatı olub, bu təşkilatın təsərrüfat cəmiyyəti kimi formasına
aid edilir. O, şəxslərin (kommersantların, sahibkarların, iş adamlarının) birliyi kateqoriyasına şamil olunmur. O,
kapitalların birliyi kateqoriyasına daxil edilən təşkilatdır. Belə ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçı-
ları onun fəaliyyətində iştirak etməyə borclu deyildir. Ortaqlıqdan fərqli olaraq, burada şəxsi element, şəxsi fəa-
liyyət, şəxsi əmək ikinci dərəcəli və tabe-asılı rol oynayır, ön planda dayanmır. Məhdud məsuliyyətli cəmiyyət-
də əsas, başlıca və həlledici rolu iştirakçıların kapitalı, maddi vəsaiti, bir sözlə, əmlakı oynayır. Məhz bu səbəb-
lərə görə ortaqlıqdan fərqli olaraq, mülki hüququn istənilən subyekti — fiziki və hüquqi şəxslər məhdud məsu-
liyyətli cəmiyyətin iştirakçısı ola bilərlər. Buradaja dərhal qeyd etməliyik ki, dövlət orqanlarının və yerli özü-
Dostları ilə paylaş: |