6. Məhdud məsuliyyətli cəmiyyət
Qeyd etmək lazımdır ki, müasir dövrdə bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə ən çox populyar olan hüqu-
qi şəxs məhdud məsuliyyətli cəmiyyət hesab edilir. Məsələn, Almaniyada (AFR-də) 1978-ci ildən 1989-cu ilə
kimi səhmdar cəmiyyətlərinin sayı 2141-dən 2508-ə kimi, məhdud məsuliyyətli cəmiyyətlərin sayı isə həmin
dövrdə 195890-dan 401687-ə kimi artmışdır. Məhdud məsuliyyətli cəmiyyət sahibkarlıq (kommersiya) dövriy-
yəsində istifadə özün ən münasib və rahat formadır. Bu gün beynəlxalq ticarət subyektlərinin (xüsusən də Avro-
pada) zox hissəsi məhz bu formada yaradılır.
Bizim ölkəmizdə də məhdud məsuliyyətli cəmiyyət konstruksiyasından geniş səviyyədə istifadə olunur. De-
mək olar ki, əmələ gələn hüquqi şəxslərin əksəriyyəti məhz bu cür təşkilati-hüquqi formada yaradılır. Məhdud
məsuliyyətli cəmiyyət bizim ölkədə də böyük populyarlıüı ilə fərqlənir.
Məhdud məsuliyyətli cəmiyyət hüquqi konstruksiyası (Gesellschaft mit beschrankter Haffung, qısaldılmış
adı GmbH, Fransada – «societe a rejponsabilite limitee») XIX əsrin axırlarında Almaniyada əmələ gəlmişdir.
Hələ o vaxt bu ölkədə həmin konstruksiyanı tənzimləyən «Məhdud məsuliyyətli cəmiyyət haqqında» qanun
(20.04.1892) qəbul olunmuşdur. Bu konstruksiyaya aid olan bəzi əlavə göstərişlər Almaniya Ticarət Qanunna-
məsinin üçüncü kitabının ikinci bölməsində nəzərdə tutulmuşdur. Özü də bu qanunnamə məhdud məsuliyyətli
cəmiyyəti «kapitallar birliyi»nin bir forması (növü) hesab edir.
Məhdud məsuliyyətli cəmiyyət, göründüyü kimi, nisbətən yaxın vaxtlarda meydana gəlmişdir. Buna görə də
o, sahibkarlıq fəaliyyətinin təşkilinin «javan» formasıdır. Hüquq ədəbiyyatı səhifələrində bu formanın yaranma-
sı iki əsas səbəblə izah edilir. Birinci səbəb ondan ibarətdir ki, XIX əsrin 70-ci illərində Almaniyada səhmdar
bühranı baş verir. Bu bühran nəticəsində alman səhmdar cəmiyyətlərinin əksəriyyəti var-yoxdan zıxaraq müflis-
ləşir. Belə halda məlum məsələdir ki, yeni konstruksiyanın yaradılmasına ehtiyac yaranır. kinci səbəb onunla
şə
rtlənir ki, Almaniya müstəmləkələrin bülünməsi prosesində əsas müstəmləkəzi dövlətlərdən geri qalmaq istə-
mir. Bunun özün müstəmləkə ölkələrində onların iqtisadi jəhətdən asılı olmalarını təmin edən ülzülüb-bizilmiş
ticarət siyasəti lazım idi. Xüsusən alman istehsalı olan məhsulların ixrajı büyük rol oynaya bilərdi. Yaranmış
vəziyyət sahibkarlığın yeni formasının yaradılmasını tələb edirdi. Səhmdar cəmiyyəti kimi forma alman tacirlə-
rinə (sahibkarlarına) əl vermirdi və onları təmin etmirdi. Zünki tacirlər (sahibkarlar) səhmdar cəmiyyətlərinin
fəaliyyətindən kənarlaşdırılmışdı. Tam ortaqlıq forması da onları razı salmırdı. Zünki bu forma qeyri-məhdud
məsuliyyətə əsaslanırdı. Buna görə də səhmdar cəmiyyəti konstruksiyasının modifikasiyası (şəklini dəyişməsi)
yolu ilə alman hüquqşünasları «məhdud məsuliyyətli cəmiyyət» adlı hüquqi konstruksiya işləyib hazırladılar.
Bu konstruksiya alman sahibkarları tərəfindən dəstəklənir və XIX əsrin axırlarında qanunvericilik qaydasında
rəsmiləşdirilir.
Bundan sonra məhdud məsuliyyətli cəmiyyət konstruksiyası bir çox Avropa ölkələrinin qanunvericiliyində
nəzərdə tutulmaüa başladı. Məsələn, Hollandiya Mülki Məcəlləsinin ikinci kitabı (1976-cı ildə qüvvəyə min-
mişdir) doqquz bölmədən ibarətdir. Beşinci bölmə «Məhdud məsuliyyətli cəmiyyət» adlanır. Fransada məhdud
məsuliyyətli cəmiyyətin (societe a responsabilite) yaradılması və fəaliyyəti qaydası «Ticarət ortaqlıqları haqqın-
da» qanunla (1966), habelə «Ticarət ortaqlıqları haqqında» dekretlə (1967) tənzimlənir. Həm də bunu qeyd et-
məliyik ki, roman-german (kontinental) hüququna görə, məhdud məsuliyyətli cəmiyyət hüquqi şəxslərin korpo-
rasiya növünə şamil edilir.
Məhdud məsuliyyətli cəmiyyət konstruksiyasının analoqu (bənzəri, oxşarı) olaraq ingilis-amerikan hüququ
«close corporation» (qapalı korporasiya) və «limited libiliti compani» kimi konstruksiyalardan istifadə edir. Da-
ha doürusu, roman-german (kontinental) hüququndakı «məhdud məsuliyyətli cəmiyyət» anlayışı təxmini olaraq
ingilis-amerikan hüququndakı «close corporation» və ya «limited libiliti compani» anlayışlarına uyüun gəlir.
Bunların hamısı, mahiyyətcə, eyni bir iqtisadi funksiya yerinə yetirirlər.
90-cı illərin əvvəllərindən başlayaraq məhdud məsuliyyətli cəmiyyət konstruksiyası sovet dövrünün qanun-
vericiliyində də nəzərdə tutulmaüa başlayır. Özü də sovet qanunvericiliyi məhdud məsuliyyətli cəmiyyəti «qa-
palı tipli səhmdar cəmiyyəti» anlayışı ilə əhatə edir. Daha doürusu, sovet mülki qanunvericiliyi «məhdud məsu-
liyyətli cəmiyyət» və «qapalı tipli səhmdar cəmiyyəti» kimi iki hüquqi konstruksiyanı eyniləşdirir. Məhdud mə-
suliyyətli cəmiyyətlə bağlı olan münasibətlər SSRI Nazirlər Sovetinin təsdiq etdiyi müvafiq normativ aktla
(Əsasnamə ilə) tənzimlənirdi. Bu akt məhdud məsuliyyətli cəmiyyətlərin yaradılması və fəaliyyət göstərməsi
üçün hüquqi baza və əsas rolunu oynayırdı.
Bizim ölkə qanunvericiliyi ilk dəfə olaraq «Müəssisələr haqqında» qanunda (1994) məhdud məsuliyyətli
cəmiyyətin leqal anlayışını verdi. Həmin qanunun 10-cu maddəsi onu müəssisələrin təşkilati-hüquqi formaların-
dan biri kimi nəzərdə tutur, onun hüquqi statusunu müəyyənləşdirir, məsuliyyət münasibətlərini və digər məsə-
lələri aydınlaşdırırdı.
201
Məhdud məsuliyyətli cəmiyyətin hüquqi statusunu detallaşdırmaq və konkretləşdirmək üçün 1999-cu ildə
«Məhdud məsuliyyətli cəmiyyət haqqında» qanun qəbul edildi. Bu qanun ölkəmizdə məhdud məsuliyyətli
cəmiyyətlərin yaradılmasını və fəaliyyətini tənzimləyir, onların fəaliyyətinin hüquqi təminatlarını nəzərdə tutur-
du. Hal-hazırda o, qüvvədən düşmüşdür.
Məhdud məsuliyyətli cəmiyyət ilə bağlı münasibətlərin nizama salınmasında yeni Mülki Məcəllənin rolu bö-
yükdür. Bu məcəllə həmin münasibətləri geniş təfsilatı ilə, müfəssəl şəkildə tənzimləyir. O, məhdud məsuliy-
yətli cəmiyyətin hüquqi vəziyyətini (statusunu), habelə onun iştirakçılarının hüquq və vəzifələrini müəyyənləş-
dirir. Mülki Məcəllənin kifayət qədər maddələri (87-97-ci maddələri) bu məsələlərin qaydaya salınmasına həsr
edilmişdir.
Dostları ilə paylaş: |