«bir iştirakzı – bir səs» prinsipi tətbiq olunmur. Ona görə ki, ümumi yığınjaqda hər bir iştirakzının onun ni-
zamnamə kapitalındakı payına mütənasib səsi vardır (MM-in 91.1-1-ci maddəsi). Buna görə də bir iştirakzı 2 və
daha zox səsə malik ola bilər.
Direktorlar şurası (müşahidə şurası) məhdud məsuliyyətli cəmiyyətin idarəetmə orqanlarından biridir.
Yalnız cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda bu orqan yaradıla bilər (MM-in 91-ci maddəsinin
1-ci bəndi). Sühbət alternativ olaraq ya direktorlar şurasının, ya da müşahidə şurasının yaradılmasından gedir.
Qeyd etmək lazımdır ki, direktorlar şurası və müşahidə şurası eyni funksiya yerinə yetirirlər. Odur ki, onlar ara-
sında fərq yoxdur.
Direktorlar şurası (müşahidə şurası) ümumi yığınjaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə
nəzarəti həyata keçirir; o, nəzarət səlahiyyətlərinə malik olan, nəzarət funksiyasını yerinə yetirən orqandır. Nə-
zarət idarəetmənin formalarından biridir. Buna görə də direktorlar şurası (müşahidə şurası) idarəetmə orqanı
sayılır. Digər tərəfdən o, nəzarət-yoxlama funksiyasını da yerinə yetirə bilər. Belə ki, əgər nizamnamədə təftiş
komissiyasının (müfəttişin) yaradılması nəzərdə tutulmamışdırsa, onun səlahiyyətləri direktorlar şurasına (mü-
ş
ahidə şurasına) verilə bilər (MM-in 91-1-ci maddəsi). Belə halda o, həm idarəetmə orqanı, həm də nəzarət
yoxlama orqanı funksiyasını yerinə yetirir.
Direktorlar şurası (müşahidə şurası) kollegial və sezkili orqandır. Belə ki, o, özvlərdən ibarətdir və həmin
özvlər cəmiyyətin ümumi yığınjağında sezilirlər.
MM-in 91.1-ci maddəsi direktorlar şurasına (müşahidə şurasına) həsr olunmuşdur. Amma bu orqanla bağlı
məsələlərin həlli (yaradılma, fəaliyyət göstərmə, xitam olunma və digər məsələlərin həlli) nizamnamə ilə müəy-
yən edilir.
Qeyd etmək lazımdır ki, cəmiyyətin icra orqanı, yəni təkbaşına rəhbər, kollegial icra orqanının rəhbəri (öz-
vü), kənar idarəzi direktorlar şurasının özvü ola bilməz (MM-in 91-1-ci maddəsinin 3-cü bəndi). Belə qaydanın
nəzərdə tutulması onunla bağlıdır ki, cəmiyyətdə idarəzilik (icra) funksiyası nəzarət funksiyasından ayrılmışdır.
Odur ki, eyni bir şəxs, eyni vaxtda həm direktorlar şurasının özvü, həm də icra orqanının əməkdaşı ola bilməz.
Digər tərəfdən həmin qayda direktorlar şurasının cəmiyyətin icra orqanlarından asılı olmamasını və müstəqilli-
yini təmin edir. Axı, əvvəldə qeyd etdiyimiz kimi, direktorlar şurası cəmiyyətin icra orqanının fəaliyyətinə nə-
zarət edən orqandır. Nəzarət orqanı təbii ki, müstəqil fəaliyyət göstərərək icra orqanlarından asılı olmamalıdır.
Dostları ilə paylaş: |