risq daşımaq iştirakçıların özərinə düşən vəzifələrdən biridir (MM-in 87-ci maddəsinin 1-ci bəndi). Əgər
cəmiyyət zərərə düşərsə, zərərlə işləyərsə, onda iştirakçı nizamnamə kapitalına qoyduüu mayanı itirir. Deməli,
iştirakçı yalnız mayanı itirmək risqini daşıyır.
Iştirakçılar cəmiyyətin öhdəlikləri özrə məsuliyyət daşımırlar. Bu, o deməkdir ki, onlar özlərinin yarat-
dıqları cəmiyyətin borclarına görə öz şəxsi əmlakı ilə cavabdeh deyillər. Onların burada şəxsi (fərdi) məsuliy-
yəti yaranmır. Belə ki, iştirakçıların şərikli kapitala qoyduqları maya hüquq şəxs kimi cəmiyyətin mülkiyyəti
(əmlakı) olur. Hüquqi şəxsin — cəmiyyətin özü də öz öhdəliklərinə (borclarına) görə məsuliyyət daşıyır.
Cəmiyyət öz öhdəliklərinə görə ona məxsus olan bütün əmlakı ilə cavabdehdir. Iştirakçılar isə məsuliyyət yox,
yalnız cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaları itirmək risqini daşıyırlar. Deməli, məhdud
məsuliyyəti cəmiyyətin iştirakçılarının hər hansı məsuliyyət, o cümlədən məhdud məsuliyyət daşımasından
Dostları ilə paylaş: |