feləri qorumaq haqqında qaydadır. Bu qaydaya görə, cəmiyyət öz nizamnamə kapitalını bütün kreditorları
xəbərdar etməklə azalda bilər (MM-in 90-cı maddəsinin 8-ci bəndi). Belə ki, cəmiyyət ümumi yıüıncaqda, ciddi
ə
saslar olduqda, öz nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edir. Qərarın qəbul olunmasından
sonra nizamnamədə və ya həmin qərarda müəyyən olunmuş müddətdə kreditorlara bu barədə yazılı məlumat
göndərilir. Cəmiyyət başqa yoldan da istifadə edə bilər. Belə ki, onun ixtiyarı var ki, həmin məsələ barəsində
mətbuatda müvafiq elan versin.
Məlumatın alınması və ya elanın dərc edilməsi günündən etibarən bir ay müddətində kreditorlar mümkün
olan iki alternativ variantdan birini seçə bilərlər. Birinci varianta görə, onlar cəmiyyət tərəfindən əlavə təminat
verilməsini tələb edirlər. kinci varianta görə isə kreditorların ixtiyarı var ki, cəmiyyətin müvafiq öhdəliklərinin
vaxtından əvvəl icrasını və ya xitamını (kreditin qaytarılmasını, nisyə alınan əmlakın pulunun ödənilməsini və
s.) tələb etsin. Şübhəsiz ki, öhdəliklərin vaxtından əvvəl icrası və ya xitamı kreditorlara müvafiq əmlak zərəri
vurur. Məsələn, kreditin vaxtından əvvəl qaytarılması ilə müvafiq gəlir (faiz) bankın (kreditorun) əlindən çıxır,
ondan məhrum olur və bununla əldən çıxmış fayda formasında o zərərə düşür. Belə hallarda kreditorlar düşdük-
ləri zərərin əvəzinin ödənilməsini də tələb edir.
Göstərilən qayda kreditorların mənafeyinin təmin edilməsi və qorunması məqsədinə xidmət edir. Axı nizam-
namə kapitalının artırılmasından fərqli olaraq, onun azaldılması cəmiyyətin kreditorlarının mənafeyinə toxunur
və kreditorları qarşısında cəmiyyətin öz ühdəliklərini yerinə yetirmək imkanını azaldır.
Nizamnamə kapitalının azaldılması onun artırılması kimi cəmiyyətin nizamnaməsinin dəyişdirilməsinə sə-
bəb olur. Odur ki, cəmiyyətin nizamnamə kapitalının azaldılması da cəmiyyətin ümumi yığınjağının qərarı əsa-
sında həyata keçirilir. Özü də nizamnamə kapitalının azaldılması məsələsi bütün iştirakzıların mayalarının no-
minal dəyərinin azaldılması yolu ilə həll edilir (MM-in 90-jı maddəsinin 8-ci bəndi).
Nizamnamə kapitalına maya qoymaq vəzifəsini iştirakçılar yerinə yetirməyə borcludurlar. Onu bu cür vəzifə
daşımaqdan azad etmək olmaz. Bundan əlavə, mülki qanunvericilik mayaların cəmiyyətə qarşı tələblərin əvəz-
ləşdirilməsi yolu ilə, yəni hesabların (tələblərin) çürüdülməsi yolu ilə qoyulmasını qadaüan edir (MM-in 90-cı
maddəsinin 3-cü bəndi). Məsələn, cəmiyyətin hər hansı şəxsə on min manat borcu vardır. Beləliklə, şəxsin
cəmiyyətə on min manatın verilməsinini tələb etmək hüququ (tələbi) yaranır. Həmin şəxs cəmiyyətə qarşı olan
pul tələbini əvəzləşdirməklə maya qoya bilməz.
Iştirakçıların daşıdıqları vəzifələrdən biri məhdud məsuliyyətli cəmiyyətin firma adını dəqiq göstərməsin-
Dostları ilə paylaş: |