206
keçmə
mə
sində
n ibarə
tdir (MM-in 88-ci maddəsinin 1-ci bəndi). Bu qayda onunla izah olunur ki, məhdud mə-
suliyyətli cəmiyyət iştirakçıların qapalı tərkibini nəzərdə tutan təşkilatdır. Say baxımından, şübhəsiz ki, iştirak-
çıların tərkibi sonsuz və hüdudsuz ola bilməz. Burada şəxsi element ön planda olmasa da, hər halda, müəyyən
ə
həmiyyət kəsb edir. Ona görə də mülki qanunvericilik müəyyən edir ki, iştirakçıların sayı qanunda nəzərdə tu-
tulan həddi aşa bilməz. Əgər aşarsa, onda məhdud məsuliyyətli cəmiyyət bir il ərzində səhmdar cəmiyyətinə
çevrilir. Bir il müddəti başa çatdıqdan sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdi-
rilmiş həddə endirilməzsə, cəmiyyət məhkəmə qaydasında ləğv edilir (MM-in 88-ci maddəsinin 1-ci bəndi).
Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz
(MM-in 88-ci maddəsinin 1-ci bəndi). Bu cür qaydanın əsas məqsədi mümkün ola bilən müxtəlif sui-istifadə
hallarına yol verməməkdən ibarətdir.
Məhdud məsuliyyətli cəmiyyət iştirakçıları müvafiq vəzifələr daşımaqla bərabər, həm də hüquqlara malik-
dirlər. Mülki qanunvericilik onlara geniş hüquqlar verir.
Dostları ilə paylaş: