lavə məsuliyyətli cəmiyyət bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizam-
namə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən elə kommersiya təşkilatıdır ki, bu təşkilatın işti-
rakçıları onun öhdəlikləri özrə nizamnamə kapitalındakı öz mayalarının (paylarının) dəyərinin nizamna-
mə ilə müəyyənləşdirilən, hamı üçün eyni olan misli miqdarında özlərinin əmlakı ilə birgə subsidiar məsu-
liyyət daşıyırlar.
Anlayışdan məlum olur ki, öz hüquqi təbiətinə görə əlavə məsuliyyətli cəmiyyət ikili xarakterə malikdir.
Belə ki, o, özündə bir tərəfdən təsərrüfat ortaqlığının, yəni tam ortaqlıüın, digər tərəfdən isə təsərrüfat
cəmiyyətinin, yəni məhdud məsuliyyətli cəmiyyətin əlamətlərini əks etdirir. Ona görə də hüquq ədəbiyyatı
səhifələrində əlavə məsuliyyətli cəmiyyətə təsərrüfat ortaqlıüı ilə təsərrüfat cəmiyyəti arasında orta mövqe tutan
və aralıq vəziyyətində olan konstruksiya kimi baxırlar.
Ə
lavə məsuliyyətli cəmiyyətlə tam ortaqlıq arasında oxşar və ümumi cəhət ondan ibarətdir ki, onların hər
ikisinin iştirakçıları hüquqi şəxsin (yəni əlavə məsuliyyət cəmiyyətin və ya tam ortaqlıüın) öhdəliklərinə görə
(kreditorlara olan borclarına görə) birgə subsidiar məsuliyyət daşıyırlar. Subsidiar (əlavə) məsuliyyət daşı-
yırlar ona görə ki, kreditorlara olan borcları vermək üçün (yəni hüquqi şəxsin öhdəliklərini təmin etmək üçün)
hüquqi şəxsin əmlakı kifayət etmədikdə və çatışmadıqda, həmin borc iştirakçıların şəxsi əmlakı hesabına ödəni-
lir. Birgə (solidar) məsuliyyət daşıyırlar ona görə ki, kreditorlar öz istəyi və arzusu ilə istənilən iştirakçıdan
borcun həm tam, həm də hissə-hissə ödənilməsini tələb edə bilərlər.
Bununla belə, məsuliyyət məsələsində əlavə məsuliyyətli cəmiyyətlə tam ortaqlıq arasında fərqli cəhətlər də
vardır. Tam ortaqlıüın iştirakçıları tam ortaqlıüın öhdəliklərinə (borclarına) görə özlərinin bütün şəxsi əmlakı ilə
məsuliyyət daşıyırlar. Deməli, burada iştirakçıların məsuliyyəti qeyri-məhdud xarakterə malikdir. Əlavə məsu-
liyyətli cəmiyyətin iştirakçıları isə bundan fərqli olaraq özlərinin bütün şəxsi əmlakı ilə yox, yalnız bu əmla-
Dostları ilə paylaş: |