dəyərini ölmüş iştirakçının vərəsələrinə və ya yenidən təşkil olunmuş hüquqi şəxsin hüquqi varislərinə ödə-
məlidir. Əgər bu mümkün olmazsa, onda o, həmin dəyərə bərabər olan əmlakı naturada vərəsələrə (hüquqi
varislərə) verməlidir.
Könüllü surətdə cəmiyyətdən çıxmaq, cəmiyyətdə öz iştirakına xitam vermək iştirakçıların malik olduq-
ları hüquqlardan biridir (MM-in 95-ci maddəsi). Onlar bu hüquqdan istənilən vaxt, heç bir dəlil və motiv gətir-
mədən, digər iştirakçıların razılıüını almadan, şərtsiz olaraq istifadə edə bilərlər.
Iştirakçının məhdud məsuliyyətli cəmiyyətdən çıxması müəyyən hüquqi nəticələrə səbəb olur. Bu, hər şey-
dən əvvəl, onun cəmiyyətdə iştirakına xitam verir. Iştirakına xitam verilən iştirakçı ilə hesablaşmalar aparılır
(MM-in 96-cı maddəsi). Cəmiyyətin əmlakından ona düşən hissə ödənilir (nizamnamədə başqa qayda da nə-
zərdə tutula bilər). Bu hissənin miqdarı (həcmi) çıxan iştirakçının nizamnamə kapitalındakı payından asılı
Dostları ilə paylaş: |