Iştirakçı fiziki şəxs öldükdə, onun payı vərəsəlik qaydasında vərəsələrə keçir. Cəmiyyətin iştirakçısı
olan hüquqi şəxs isə yenidən təşkil olunduüu hallarda, onun payı hüquqi varislik qaydasında hüquq varislərinə
keçir (MM-in 93-cü maddəsinin 6-cı bəndi). Ümumi qayda belədir. Lakin jəmiyyətin nizamnaməsində bundan
fərqli qayda da müəyyən edilə bilər. Belə ki, həmin sənəddə payların ölmüş iştirakçı fiziki şəxsin vərəsələrinə
(və ya hüquq varislərinə) yalnız cəmiyyətin qalan iştirakçılarının razılıüı ilə keçməsi nəzərdə tutula bilər. Mə-
lum məsələdir ki, bu cür hallarda pay ancaq qalan iştirakçıların razılıüı ilə keçir. Beləliklə, vərəsələr (hüquq va-
risləri) cəmiyyətin tərkibinə daxil olurlar.
Bəzən qalan iştirakçılar bu və ya digər mülahizəyə görə payın vərəsələrə (hüquq varislərinə) keçməsinə ica-
zə vermirlər. Bu isə onların cəmiyyətə daxil olmalarına mane olur. Belə hallarda məhdud məsuliyyətli cəmiyyət
mümkün olan iki alternativ vəzifədən birini icra etməyə borclu olur. Cəmiyyət, hər şeydən əvvəl, payın həqiqi
Dostları ilə paylaş: |